2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Bank xəbərləriXəbərlər

BOKT-lər ilin ilk yarısında ₼26.3 mln. xalis mənfəət ediblər

Azərbaycanın bank olmayan kredit təşkilatları 2023-cü ilin ilk yarısını 26 milyon 328 min manat xalis mənfəətlə başa vurublar.

Saytların yığılması Saytlarin yigilmasi

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilir. AMB hesabatı tərtib edərkən dövlətə məxsus olan “Aqrarkredit BOKT” QSC-nin rəqəmlərini nəzərə almır.

2022-ci ilin müvafiq dövründə BOKT-lər 700 min manat zərər etmişdilər.

BOKT-lərin xalis mənfəət əldə etməsinə bir neçə faktor təsir edib. Bunlardan ən əsası faiz gəlirlərinin kəskin yüksəlməsi və problemli kreditlərə ayırmaların azaldılmasıdır.

İlin ilk 6 ayında BOKT-lərin faiz gəlirləri 114% artaraq 71 milyon 565 min manata, qeyri-faiz gəlirləri 101% artaraq 11 milyon 867 min manata yüksələrkən, faiz xərcləri 166% artaraq 13 milyon 291  min manata, qeyri-faiz xərcləri 57% artaraq 36 milyon 374 min manata yüksəlib. Nəticədə BOKT-lərin əməliyyatında 33 milyon 767 min manat mənfəət yaranıb. Bu illik müqayisədə düz 3 dəfədən çox artımdır.

Təşkilatlar 3 milyon 431 min manat problemli kreditlərə ayırmalar edib, 4 milyon 210 min manat mənfəət vergisi ödəyiblər.

Bu xalis mənfəətlərin ardından BOKT-lərin icmal balansında 55 milyon 930 min manat bölüşdürülməmiş mənfəət var.

Azərbaycan Mərkəzi Bankı dəfələrlə rəsmi hesabatlarında BOKT-lərin iqtisadiyyatdakı rolunun zəif olmasından söz açır. Onların cəmi kreditlərdə payı 1% ətrafındadır. Əlavə olarq bu sektorda da təmərküzləşmə meyillərinin oldğunu bildirir.

Aktivlərin həcmi artaraq illik 85% artaraq 614.2 mln. manata, öhdəlikləri 88% artaraq 359.7 milyon manata və cəmi kapital 81% artaraq 254.5 milyon manata yüksəlib.

Müştərilərə verilən kreditlərin həcmi illik müqayisədə 72% artımla 497.2 milyon manat olub.

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button