2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Böyük Britaniya azərbaycanlı deputat Cavanşir Feyziyevin 39 milyon funt-sterlinqlik əmlakını dondurmağa qərar verib

Ailənin 22 mülkünün sənədləri də dondurulub

Böyük Britaniya hökuməti Londonda azərbaycanlı deputat Cavanşir Feyziyevin və onun həyat yoldaşının qanundan kənar yolla əldə etdikləri gəlirlər hesabına satın aldıqları düşünülən 22 mülkünü dondurub. Bu məsələyə fevralın 22-də Ali Məhkəmədə baxılıb.

OCCRP-nin əldə etdiyi mülkiyyət sənədlərində görünür ki, 39,5 milyon funt sterlinqdən (təxmini 50 milyon dollar) artıq qiymətə alınmış əmlaklar 2023-cü ilin iyununda Ali Məhkəmənin qərarı ilə dondurulub.

Saytların yığılması Saytlarin yigilmasi

Feyziyev bu məqalə dərc olunan müddətdə şərh istəklərinə cavab verməyib, lakin ailənin vəkili cümə axşamı hakim Nigel Poole-nin idarəsində baş tutan məhkəmədə Milli Cinayət Agentliyinin (National Crime Agency -NCA) hüquqi prosesləri izləmədiyini və əmlaklardan hər hansı birinin qanunsuz yolla əldə olunmasının müzakirə edilməsinin yaxşı bir təcrübə olmadığını deyərək mülklərin dondurulması ilə bağlı verilən qərarı ləğv etməyə çalışıb.

Böyük Britaniyanın Milli Cinayət Agentliyi (MCA) daha öncə də siyasətçinin ailəsini bank hesablarında milyonlarla funt sterlinq saxladığına görə yoxlayıb. Agentlik bu məsələnin 2017-ci ildə OCCRP tərəfindən üzə çıxarılan, “Azərbaycanın Pulyuyan Maşını” kimi tanınan sənədlərdə beynəlxalq çirkli pulların yuyulması ilə bağlı üzə çıxarılan sxemdən sonra aşkarlandığını bildirib.

Böyük Britaniya 2022-ci ildə Feyziyevin həyat yoldaşı, böyük oğlu Orxan və qardaşı oğlu Elman Cavanşirə məxsus hesablarda yığılan bu vəsaitlərin 5,6 milyon funt-sterlinqinə əl qoyub (7,56 milyon dollar).

MCA-nin verdiyi məlumata əsasən, Feyziyev və onun həyat yoldaşının aldığı əmlakların dondurulması ilə bağlı son zamanlarda verilən qərar, onların əmlaklarını satmalarına və ya başqasının adına keçirməsinə əngəl törədilməsi ailənin əmlakları çirkli pulların yuyulması yolu ilə əldə edilməsinə dair “güclü sübutlar” olduğu üçün tələb edilib.

Agentliyin məhkəməyə təqdim edilən sənədində “qeyri-adi, yalan və ya uydurma açıqlamalarla” müşayiət olunan və çirkli pulların yuyulmasında iştirakı aşkar edilən şirkətlərdə izlənilə bilən “fövqəladə mürəkkəbliklə həyata keçirilən pul axını”ndan bəhs edilib.

Dondurulan əmlaklar arasında ən bahalı mülklər 26 milyon funt sterlinqdən (33,4 milyon dollar) artıq qiymətə alınıb. Eksklüziv “Chelsea Barracks” kompleksindəki bu iki mülk Feyziyev tərəfindən 2020-ci ildə satın alınıb. Bu mülklər Britaniya rəsmilərinin Feyziyevin həyat yoldaşı, oğlu və qardaşı oğlunun çirkli pulların yuyulması işi ilə əlaqələri araşdırıldığı zamanda satın alınıb.

Dondurulmuş digər əmlaklara Regents Parkına mənzərəsi olan mənzil, eyni zamanda Şimali Qərbi Londonda yerləşən19 yeni tikilmiş mənzil daxildir. Feyziyev bu mülkləri 2008-2018-ci illər arasında 10 milyon funt sterlinqdən (13,7 milyon ABŞ dolları) artıq qiymətə satın alıb və sonra heç bir ödəniş etmədən fondun hesabına köçürüb.

MCA-nın verdiyi məlumata əsasən, dondurulmuş əmlakların ümumi dəyəri hazırda 50 milyon funt-sterlinqdən (63 milyon dollar) daha çoxdur.

Hakim Poole mülklərin daha sonrakı günlərdə dondurulmuş olaraq qalıb-qalmayacağına qərar verəcək.

Feyziyev 2010-cu ildən Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və 2022-ci ilə qədər Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri vəzifəsində çalışıb.

Böyük Britaniya məhkəməsi onun qohumlarına məxsus hesablarda mövcud olan 5,6 milyon funt-sterlinqdən çox pula əl qoyulmasını təsdiq etdikdən bir neçə ay sonra Feyziyev bu vəzifədən istefa edib. Hakim pulların qanuni biznes əməliyyatları nəticəsində əldə edildiyini göstərən sənədlərin “tamamilə uydurma və hesablar yaradan şəxslərin çirkli pulların yuyulması fəaliyyətlərini gizlətmək üçün hazırlandığını” deyərək “çox sübut” ortaya qoyduğunu vurğulayıb.

Həmin vaxt ailənin vəkili mətbuata açıqlama verərək, Feyziyevlərin müsadirə qərarından məyus olduğunu, lakin MCA-nın tələb etdiyi 15,4 funt sterlinq əvəzinə onlardan 5,6 milyon funt sterlinq alınmasından “məmnun olduqlarını” bildirib. Onlar həmçinin vurğulayıb ki, məhkəmə “Cavanşir Feyziyevin və təqsirləndirilən şəxslərin korrupsiyada iştirak etmədiyini” təsdiqləyib.

2017-ci ildə OCCRP-nin “Azərbaycanın pulyuyan maşını” adlı ifşaedici araşdırması, çirkli pulların yuyulmasında istifadə olunan mürəkkəb sxemin iki il ərzində Böyük Britaniyada qeydiyyata alınmış dörd ofşor şirkəti vasitəsilə keçmiş sovet respublikasından təxminən 2,9 milyard dolların ötürülərək necə yuyulduğunu ortaya qoyub. Bu pulları alanlar arasında ən azı üç avropalı siyasətçi, rejimi tərifləyən məqalələr yazan jurnalist, hökuməti tərifləyən iş adamları, dövlət vəzifələrində çalışan və ya əlaqələri olan tanınmış azərbaycanlılar var idi.

OCCRP Feyziyev tərəfindən təsis olunan Azərbaycanın iri əczaçılıq şirkəti “Avromed” ilə eyni addan istifadə edən iki şirkətin bu yolla 138 milyon dollar əldə etdiyini üzə çıxarıb.

Bu araşdırma Feyziyevin OCCRP-yə qarşı açdığı yalan iddiaların əsas predmeti olub və bununla bağlı razılaşdırılmış şərtlərlə qərar verilib. Feyziyev çirkli pulların yuyulmasını və ya hər hansı qanunsuz fəaliyyətlə məşğul olmasını kəskin şəkildə rədd edib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button