2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Braziliyalı səyyah: “Qarabağın bərpasının sürəti heyrətamizdir”

“Mən heç bir ölkədə Azərbaycandakı kimi tikinti-bərpa işləri görməmişəm”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”a açıqlamasında braziliyalı səyyah Pristsila Perianez bildirib.

“Heç vaxt tikinti-bərpa işlərinin Qarabağdakı kimi sürətlə getdiyini görməmişəm. Tikintinin keyfiyyəti və sürəti sadəcə heyrətamizdir. Füzuli Hava Limanı cəmi səkkiz ayda tikilib. O, çox gözəldir”, – səyyah bildirib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində qazanılan qələbənin üçüncü ildönümü ərəfəsində 26 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupunun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.

Məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər klubunun rəhbəri Harri Mitsidisin başçılıq etdiyi 50 nəfərlik qrupa ABŞ, Kanada, İsveçrə, Böyük Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və digər ölkələrdən olan səyyahlar daxildir.

Səyyahlar noyabrın 4-dən 6-dək Azərbaycanın azad edilmiş ərazilərində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə səfər edəcəklər.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button