2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Britaniya Belarusa sanksiyaları sərtləşdirir

Britaniya Belarusda ötənilki qalmaqallı seçkinin birinci ildönümündə bu ölkəyə yeni ticarət və maliyyə sanksiyaları tətbiq edib.

Belarusun potaş və neft məhsulları ixracına, Belarus dövlətinin və dövlətə məxsus bankların buraxdığı tədavül olunan qiymətli kağızların və pul bazarı alətlərinin alışına qadağa qoyulub.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda Belarus təyyarələrinin Britaniya üzərindən uçuşuna maneələr tətbiq edilir, Lukaşenkanın “dəbdəbəli təyyarələrinə” texniki yardım göstərilməsi qadağan olunur.

“Bu sanksiyalar onu göstərir ki, Britaniya Lukaşenkanın saxta seçkidən sonrakı hərəkətlərini qəbul etməyəcək”, – Xarici işlər naziri Dominik Raab deyib.

Britaniya rusiyalı biznesmen Mixail Qutseryevi də sanksiya siyahısına salıb, onun Belarusun əsas investorlarından biri və Lukaşenkanın çoxdankı müttəfiqi olduğunu bildirib.

Lukaşenka isə mətbuat konfransında ötənilki seçkini müdafiə edərək müxalifəti “çevriliş” hazırlamaqda suçlayıb.

O, belaruslu fəalın Ukraynada ölümündə, eləcə də atletin Tokiodan zorla çıxarılması cəhdində ölkəsinin əli olmadığını da sözlərinə əlavə edib.

***

Avropa Birliyi (AB) Belarusun avtoritar lideri Alyaksandr Lukaşenkanı yeni tədbirlərlə hədələyir. Bu arada müxalifətin saxta saydığı qalmaqallı seçkinin bir illiyi regionda etirazlarla qeyd olunur.

“Rejimin beynəlxalq öhdəliklərini həyasızcasına gözardı etməsinə cavab olaraq AB əlavə tədbirləri nəzərdən keçirməyə hazırdır”, – AB-nin Xarici siyasət rəhbəri Jozep Borrel avqustun 8-də deyib.

Müxalifət və Qərb Lukaşenkanın təkrar prezident seçilməsi iddialarını qəbul etməyiblər. Belarus rejiminin etirazçılara təzyiqləri azaltması, müxalifətlə danışıqlara getməsi, yeni və müstəqil seçki keçirməsi üçün Qərb ona çoxsaylı sanksiyalar tətbiq edib.

Hakimiyyət müxalifət liderlərini ölkədən çıxmağa vadar edib, yaxud həbsə atdırıb, onminlərlə insan həbs olunub, onlarla QHT hədəf götürülüb, jurnalistlərin akkreditəsi ləğv olunub.

Polşa və Kiyevdə etirazlar

Lukaşenka narazılara tutduğu divana görə Qərbdə “Avropanın sonuncu diktatoru” ləqəbini qazanıb. Mayda Ryanair kommersiya təyyarəsi zorla Minskə endirilib, müxalifətçi bloger və sevgilisi saxlanıb.

Qalmaqallı seçkinin ildönümü Polşada etirazla qeyd olunub. Yüzlərlə insan küçələrə çıxaraq Belarusda siyasi repressiya və mübahisəli seçkiyə etirazlarını bildiriblər.

Polşada mühacirətdə yaşayan belaruslular nümayişə çıxaraq müxalifətin ağ-qırmızı bayrağını qaldırıb, “Yaşasın Belarus!” şüarı səsləndiriblər.

Ukrayna paytaxtı Kiyevdə də belarusluların yürüşü olub. Onlar avqustun 2-də itkin düşəndən sonra Kiyevdə parkda asılmış vəziyyətdə tapılmış fəal Vital Şişovu anıblar.

Polşa, Litva və Ukraynada xeyli sayda belaruslu mühacirətdə yaşayır. Atlet Kristina Timanovskaya Tokio olimpiya oyunlarında qalmaqaldan sonra Polşaya sığınıb. O, məşqçilərinin qərarını tənqid etmiş, onu zorla təyyarəyə mindirib Minskə göndərməyə çalışmışdılar.

Borrel miqrantlar məsələsinə toxunub

AB rəsmisi Borrel deyir ki, mayda Ryanair təyyarəsinin “zorla və qanunsuz” Minskə endirməklə və miqrantlardan siyasi məqsədlərlə istifadə etməklə rejim “beynəlxalq normalara daha da meydan oxuyub”.

Təkcə iyulda AB üzvü Litvanın Belarusla sərhədində 2 mindən çox qanunsuz keçmə qeydə alınıb.

Lukaşenka AB sanksiyalarına cavab olaraq İraq, Əfqanıstan və Suriya kimi ölkələrdən gələnləri sərhəddən buraxmaqla hədələyib.

Lukaşenkanı prezident kimi tanımayan AB ona sanksiyalar tətbiq edib. Özünü seçkinin qalibi elan etmiş müxalifət lideri Svetlana Tixanovskaya mühacirətdə yaşadığı Litvada dpa agentliyinə müsahibə verib. “Hazırda özüm daxil olmaqla heç kəs özünü təhlükəsiz hesab etmir”, – 38 yaşlı Tixanovskaya deyib.

Almaniyanın Xarici işlər naziri Heyko Maas avqustun 8-də Belarus demokratiyasına dəstək vəd edib. O, bütövlükdə ölkənin Lukaşenka tərəfindən “girov” götürüldüyünü deyib.

“Almaniya və Avropa Birliyi fundamental demokratik və insan haqları dəyərlərinə sayqı uğrunda mübarizə aparan Belarus xalqının yanındadır”, – o vurğulayıb.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button