2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Britaniya daha bir Rusiya vətəndaşına qarşı ittiham irəli sürdü

Britaniyada keçmiş Rusiya casusu Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi ilə bağlı aparılan cinayət təhqiqatında Rusiyanın üçüncü vətandaşına qarşı ittiham irəli sürülüb.

Britaniya polisinin verdiyi məlumata görə söhbət Rusiya Baş Kəşfiyyat İdarəsi – GRU-nun agenti olduğu ehtimal edilən Denis Sergeyevdən gedir. O həmçinin Sergey Fedotovun adına sənədlərdən istifadə edib.

Məlumatda deyilir ki, o bundan əvvəl Skripalların zəhərlənməsində ittiham edilən Anatoli ÇepiqaAleksandr Mişkinlə (onlar habelə Ruslan Boşirov və Aleksandr Petrov kimi tanınırlar) birlikdə 2018-ci ildə Solsberidə keçirilmiş zəhərləmə əməliyyatında birbaşa iştirak eib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu hadisə nəticəsində GRU-nun keçmiş agenti Skripal və onun qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Təhqiqat ata və qızın sovet zəmanəsindən qalma Noviçok maddəsi ilə zəhərləndiklərini göstərib.

Skripalların zəhərlənməsindən bir neçə ay sonra Britaniya vətəndaşı olan bir qadın eyni maddədən zəhərlənərək vəfat edib. Onun təsadüfən zəhərləndiyinə inanılır.

Sergey Fedotov (eyni zamanda Denis Sergeyev – red) haqqında ilk dəfə iki il bundan əvvəl Bellingcat təhqiqat qrupunun üzvləri xəbər vermişdilər. Petrovun və Boşirovun əsl soyadlarını da bu qrup aşkara çıxarmışdı.

O vaxt Petrov və Boşirov adlandırılan iki nəfər RT teklekanalının efirinə çıxmış və Skripalları zəhərləmədiklərində israr etmişdilər.

Onlar Britaniyaya guya damında şpil olan qədim məbədə baş çəkmək üçün gəkldiklərini bildirmişdilər.

Bu iki nəfər o vaxtdan bəri heç yerdə görünməyib.

Əməliyyata başçılıq edib

BBC sonralar Denis Sergeyevin Rusiyanın kəşfiyyat general-mayoru olduğunu və Baş Kəşfiyyat İdarəsində çalışdığını xəbər vermişdi.

Britaniya polisi iddia edir ki, Skripalların zəhərlənməsində şübhəli sayılan iki nəfərə bu əməliyyatda məhz o rəhbərlik edib.

Onun Britaniyaya 2018-ci ilin martında “Petrov” və “Boşirov”la eyni gündə gəldiyi məlumdur.

Sergeyevin özü Solsberiyə getməyib. Polis bunu da müəyyənləşdirib ki, bu üç rusiyalı Britaniyaya qısa səfərləri zamanı Londonda dəfələrlə görüşüblər.

Bundan əvvəl belə bir iddia ilə Bellingcat çıxış etmişdi. Qrup Sergeyevin mobil telefonuna daxil olan və çıxan zəngləri araşdırmışdı.

Britaniya polisi sentyabrın 21-də bəyan edib ki, indi bu adamları Rusiya kəşfiyyatı ilə bağlayan süburtlara malikdir.

Bolqarıstan izi

BBC xəbər verir ki, indi Sergeyev də Çepiqa və Mişkin kimi Skripalların həyatına qəsddə ittiham olunur.

Bu da aydın olub ki, Sergeyev “Fedotov” adı ilə bir neçə dəfə Bolqarıstanda olub. Onun səfərlərindən biri bolqar biznesmen Yemelyan Gebrevin Noviçok maddəsi ilə zəhərləndiyi vaxta təsadüf edir.

Xəbər verilir ki, Sergeyev Bolqarıstanda da “Petrov” və “Boşirov”la eyni vaxtda olub. Hazırda Çexiyada onları 2014-cü ildə silah anbarını partlatmaqda ittiham edirlər.

Britaniya polisi bunu da bildirib ki, Rusiya Baş Kəşfiyyat İdarəsi əməkdaşlarının İngiltərədən xaricdə də törətdikləri cinayətlərə dair dəlilləri var.

Skripalların zəhərlənməsi London və Moskva arasında çox kəskin qarşıdurmaya səbəb olmuşdu.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button