2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətGündəm

Bu ay su pulu necə hesablanacaq? – AZƏRSU AÇIQLADI

Məlumdur ki, Tarif Şurasının qərarı ilə may ayının 16-dan su və kanalizasiya təchizatı üzrə tariflər artırılıb. Belə olanda isə sual yaranır ki, yarısı geridə qalan ayda ödəniş necə hesablanacaq?

Xəbəroxu.com bu suala Azərsu ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Anar Cəbrayıllıdan cavab alıb.

Anar Cəbrayıllı bildirib ki, bu ay borcların yarısı köhnə, yarısı isə yeni tariflə hesablanacaq. Əgər abonentin sayğacdan istifadə edirsə onda işlətdiyi su miqdarının yarısı köhnə tarıflə yəni 36 qəpikdən (30 qəp. içməli su + 6 qəpik kanalizasiya), qalan yarısı isə 50 qəpikdən (35 + 15) hesablanacaq. Abonent sayğacsızdırsa onda evdə qeydiyyatda olan şəxslərin sayına baxılacaq. Yarısı köhnə, yarısı isə yeni tariflə hesablanacaq. Əgər abonent evində smart sayğacdan istifadə edirsə may ayının 16-dək aldığı balans köhnə tariflə hesablanacaq. Bu tarixdən sonra isə balans artırmaq istəyəndə yeni tariflə ödəniş edəcək. Belə olan halda isə smart sayğac sahibləri may ayının 16-dək maksimum miqdarda su balansı alaraq fürsətdən istifadə edə bilər. Tarif Şurasının bu gün keçirilən iclasında su təchizatı və tullantı sularının axıdılması, dərman vasitələrinin ekspertizası xidmətlərinin tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. “Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl 30 qəpik), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik (əvvəl 25 qəpik), qeyri-əhali üzrə əvvəlki səviyyədə – bir kubmetr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kubmetr üçün 8 manat müəyyən edilib. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kubmetr üçün 15 qəpik (əvvəl 6 qəpik), qeyri-əhali üzrə 1 manat (əvvəl 30 qəpik) səviyyəsində təsdiq olunub.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button