2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bu il regionda möhkəm sülhə nail olmaq üçün real şans var – Mark Libbi

Fevral ayında ABŞ və Azərbaycan arasında əlaqələrin 32-ci ili tamam olur. ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bu hadisə ilə əlaqədar video formatında çıxış edib.

“Bu müddət ərzində enerji təhlükəsizliyini təşviq etmək, ikitərəfli ticarəti və investisiyaları təkmilləşdirmək, transmilli təhdidlərlə mübarizə aparmaq üçün ən yüksək səviyyədə birlikdə çalışdıq. Minlərlə insan mədəniyyətlərarası akademik və peşəkar mübadilə imkanlarından istifadə edib. Bu il Azərbaycan cəmiyyətinin bütün sektorlarından bu mübadilə proqramlarının məzunlarını bir yerə toplayan ABŞ-da Təhsil Almış Azərbaycanlı Məzunlar Assosiasiyasının 20-ci ildönümünü qeyd edəcəyik. İcmalara kömək etmək və bölgələrimiz arasında əlaqələri gücləndirmək üçün etdikləri işlərə görə onlara minnətdarıq”, deyə səfir qeyd edib.

Mark Libbi bu il COP29-da ABŞ-ın Azərbaycana qoşulmasını və mübarizə strategiyalarını inkişaf etdirmək üçün tərəfdaşlığı səbirsizliklə gözlədyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz inanırıq ki, bu il regionda ləyaqətli və davamlı sülh üçün real şans yaranıb. Biz hər iki tərəfi dəstəkləməyə hazırıq”, deyə səfir ABŞ-ın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallşaması barədə bildirib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button