2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“Bu şərtlərlə uşaq bağçalarında belə antikorrupsiya mövzusunun tədrisi fayda verməyəcək”

Müzəffər Baxışov: “Problemin yeganə həlli yolu siyasi iradənin ortaya qoyulmasıdır”

Bundan sonra ali və orta ixtisas məktəblərində antikorrupsiya mövzusu tədris ediləcək. Maraqlıdır, bu yenilik ölkədəki mövcud korrupsiyanın vəziyyəti və səviyyəsinə qismən də olsa təsir göstərəcəkmi? Məlum yenilikdən müsbət nə isə gözləməyə dəyərmi?

Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov bunun səmərə verməyəcəyini bildirib:

Saytların yığılması Saytlarin yigilmasi

“Bu yenilik Milli Fəaliyyət Planına uyğun nəzərdə tutulub. Məqsəd ondan ibarətdir ki, beynəlxalq təşkilatlara göstərsinlər ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılır. Milli Fəaliyyət Planı “indikator”lardan biridir. Yəni beynəxalq təşkilatlar nəzərə alır ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədi ilə belə bir fəaliyyət var.

Sizə tam məsuliyyətlə deyirəm ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə əlaqədar siyasi iradə olmasa, nəyəsə nail olmaq mümkün olmayacaq. İstəyir ali məktəblərdə deyil, hətta uşaq bağçalarında da antikorrupsiya mövzusunda tədris aparsınlar, bunun heç bir faydası olmayacaq. Hakimiyyət siyasi iradə ortaya qoyub korrupsiya ilə məşğul olan vəzifəli şəxsləri tutduğu vəzifədən uzaqlaşdırmalıdır. Azərbaycanda korrupsiyaya qarşı mübarizənin səmərəli effekt verməsi üçün birinci növbədə müstəqil məhkəmə sisteminin formalaşması təmin edilməlidir. Bu gün məhkəmə hakimiyətinin başında dayanan şəxslər hər dəqiqə, hər an korrupsiya cinayətinə yol verirlər. Özləri korrupsiyaya bulaşan hakimlər korruposiyaya yol verən yüksək vəzifəli şəxsləri himayə edirlər. Yuxarıda sadaladığım tədbirlər olmadan, ali və orta ixtisas məktəblərində antikorrupsiya ilə bağlı tədbirlərin keçirilməsinin heç bir effekti olmayacaq”.

Seymur Əliyev

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button