2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Bu şirkət peyvənd olunan işçilərinə 1000 dollar ödəyəcək

Tamara Mustafayeva, Banco.az

ABŞ-da təqribən 16 min 500 işçisi olan dünyanın ən böyük investisiya şirkətlərindən “Vanguard” peyvənd olunan əməkdaşlarına 1000 dollar ödəyəcəyini açıqlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ölkədə Delta ştammı ilə yoluxma halının artmasından sonra açıqlama edən şirkət sözügedən təklifin bu ilin oktyabr ayınadək peyvənd olunacaq işçilərə, həmçinin bu vaxtadək peyvənd olunmuş işçilərə şamil ediləcəyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Şirkət vaksinasiya prosesinin virusun qarşısının alınmasında “ən yaxşı yol” hesab edildiyini və əməkdaşlarını peyvənd olunmağa ruhlandırmağa çalışdıqlarını qeyd edib.

Qeyd edək ki, koronavirusun Delta ştammının sürətlə yayılması səbəbindən Amerikalı şirkətlər vaksinasiya prosesinə müxtəlif yanaşmalar tətbiq edirlər. Belə ki, texnologiya nəhəngləri “Microsoft” və “Google” bütün əməkdaşlarının peyvənd olunmasını məcburi hala gətirib. “Walmart”, “Uber”, “Amazon” və “Apple” isə hazırda təkcə icraçı kadrların peyvənd olunmasını tələb edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button