2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bundestaq üzvlərinin Azərbaycana gəlişi yasaqlanmalıdırmı?

Rövşən Rzayev: “Belə bir addımın tətbiqinə ehtiyac duymuram, çünki…”

Almaniya Bundestaqının qondarma “erməni soyqırımı”nı tanıması Türkiyə və Azərbaycanda yaratdığı narazılıq davam etməkdədir.
Maraqlıdır, qondarma “erməni soyqırımı”nın tanınmasına səs verən, xüssilə də, türk əsilli alman deputat, qətnamə müəllifi Cem Özdəmirin Azərbaycana gəlişini yasaqlamağa ehtiyac varmı? Belə bir addım başqaları üçün çəkindirici əhəmiyyət kəsb edə bilərmi?
24saat.org-a açıqlama verən millət vəkili Rövşən Rzayev belə bir qadağaya ehtiyac duymadığını vurğuladı:
“Mən bu cür addımların tətbiqinə lüzum görmürəm. Çünki bu problemi kimlərinsə gəliş-gedişini əngəlləməklə həll etmək mümkün deyil. Türkiyənin belə bir soyqırıma imza atmadığı hər kəsə bəllidir. Alman Bundestaqının bu qərarı siyasi qərardır və tarixi reallığı əks etdirmir. Bu kimi qərarlarla güclü Türkiyəyə təyiq göstərmək mümkün deyil. Məlum qərara gəlincə, qeyd etmək lazımdır ki, bu, erməni lobbisinin təsiri və təzyiqi altında qəbul edilən qərardır. Hesab edirəm ki, bəlli bir müddətdən sonra Almaniya və Türkiyə aarsındakı bu gərginlik ortadan qalxacaq və ənənəvi münasibətlər bərpa ediləcək. Azərbaycana gəlincə, ölkəmizin Almaniya ilə ikitərəfli münasibətləri mövcuddur. Hansı ki, bu münasibətlər cənab İlham Əliyevin səyi nəticəsində mütəmadi surətdə inkişaf etdirilir. Türkiyə və Azərbaycan isə qardaş dövlətlərdir və onların əbədi müttəfiqliyinə, qardaşlığına kimsə əngəl törədə bilməz”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button