Xəbərlər

Bundestaqın nümayəndə heyəti Azərbaycana səfər edəcək

Loading...

Bakı/27.10.21 Almaniya Bundestaqından nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Bu barədə Turan-a Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, səfərin məqsədi Almaniya Bundestaqının Beynəlxalq Parlament Təqaüd proqramı (İPS) üçün Azərbaycandan olan namizədləri seçməkdir. Nümayəndə heyətinə Bundestaqın deputatı Carl-Julius Cronenberg rəhbərlik edəcək.

Səfər noyabrın 1-2-də reallaşacaq.

Qeyd edək ki, İPS proqramı çərçivəsində dünyanın 44 ölkəsindən 120 təqaüdçü 1 mart – 31 iyul 2022-ci il tarixinədək Almaniya Bundestaqı tərəfindən tam maliyyələşdirilən təqaüd çərçivəsində Almaniyanın parlamentar sistemi ilə tanış olmaq imkanı əldə edir. -16D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button