2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

BÜRCLƏR – 27 Yanvar

Qoç – yaxın ətrafınızdakı insanlara mövqeyinizi sakit şəkildə çatdırın. Amma onlara öz mövqeyinizi təkid, israrla qəbul etdirməyə, başqalarını da sizin kimi açıq danışmağa çalışmayın.

Buğa – ola bilər ki, həyatınızda yeni mərhələ başlasın. Spontan qərarlar verməyin, düşünülməmiş addımlar atmayın.

Saytların yığılması Saytlarin yigilmasi

Əkizlər – ən önəmli anlarda hissiyatınıza güvənin. Hansısa şəxs qanunu pozaraq sizdən rüşvət tələb edirsə, verməyin. Haqqınızı tələb edin, sonadək gedin.

Xərçəng – bu gün yaranan perspektivi dəyərləndirməyə çalışın. Hadisələr gərginləşir, harmoniya və sakitlik məcrası pozulur. Siz sakitlik istəsəniz də, belə olmayacaq. Lakin bir addım da geri çəkilməyin, irəliləyin.

Şir – məqsədinizə çatmaq üçün gərəkli bildiyiniz hər şeyi edin. Şəxsi münasibətlərdə emosiyalar həddini aşa bilər, çünki demək istəmədiyiniz həqiqəti söyləyəcək və maskaları yırtmağa can atacaqsınız.

Qız – gün sakit olmayacaq. İşlərinizin maraqları çərçivəsində addımlar atın, eqoist olmayın. Bir məqamda güzəştə getsəniz, digər istiqamətlərdə üstünlük əldə edərsiniz.

Tərəzi – gərgin gündür. Qayğı və öhdəliklərin sayı artacaq. Prinsipial məsələnin həllinin nəzərdə tutulduğu danışıq və ya müzakirə üçün əlverişli gün deyil.

Əqrəb – qarşılıqlı güzəşt çox çətinliklə əldə oluna bilər. Təşəbbüsləriniz çoxsaylı maneələrlə qarşılaşacaq. Rəhbərlik və tərəfdaşlarınızla münasibətlərdə çətinliklər yaranacaq.

Oxatan – problemlər ruhdan düşməyinizə səbəb olmamalıdır. Əksinə, sizə meydan oxuyanlara rəğmən, onları üstələyin. Çəkinməyin, qorxmayın, tərəddüd etməyin.

Oğlaq – alış-verişdə bahalı heç nə almayın. Çünki həmin nəsnə az sonra sizdə təəssüf hissi yarada bilər.
Sevdiyiniz insanlarla diqqətli olun.

Dolça – gərgin, hadisələr və emosiyalarla dolu gündür. Yaşanan hadisələr nəyin düzəlişə, təkamülə ehtiyac duyduğunu aşkar göstərəcək. Emosiyaları nəzarət altında saxlayın.

Balıqlar – situasiyaları münaqişəyə çevirməyin, baş verənləri drammatikləşdirməyin. Günün ikinci yarısı çoxdan bəri tamamlamağı düşündüyünüz işi bitirmək üçün əlverişlidir.

Milli.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button