Bərdədə təmizlik rəzaləti – BU FOTOLAR HAMINI ŞOKA SALACAQ!
24saat.org saytının elektron poçtuna Bərdə rayonunda baş alıb gedən özbaşınalıqları əks etdirən görüntülər daxil olub. Fotoları yollayan şəxs iddia edir ki, Bərdədə şəhərin abadlığı üçün çalışdırılan işçilərin təhlükəsizliyi və sağlamlığı rayon rəhbərliyinin vecinə deyil. Fotolardan da aydın göründüyü kimi vahid uniforması belə olmayan abadlaşdırma işçiləri rayonun toz-torpağından qorunmaq üçün şəxsi təşəbbüsləri ilə müxtəlif vasitələrdən istifadə edirlər. Xatırladaq ki, rayon büdcəsindən hər il bu kimi ləvazimat və vahid uniformaların alınması üçün kifayət qədər böyük məbləğdə pulların silindiyi də bizə göndərilən məlumatlar arasındadır.
Bütün bunlardan əlavə, azyaşlı uşaqların da əməyinin istismar edilərək “təmizləndirilən” rayonda işçilərin təhlükəsizliyi demək olar ki, yox həddindədir.
24saat.org mövzunu uzatmadan, yəni icra başçısı Vidadi İsayevin dəyəri yüzminlərlə ölçülən malikanələrini mövzuya alət etmədən daxil olan fotoları təqdim edir: