2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Cəbhəçi poçtalyon: “Məni çoxdan işdən çıxarmaq istəyirdilər…”

Mehriban Hüseynli iki ali təhsil alıb, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur. Ancaq ali təhsili olmasına rəğmən beş ilə yaxımdır ki, Bakının Zirə qəsəbəsində 4 saylı poçt filialının 120 saylı şöbəsində poçtalyon işləyib. Özü də 162 manat maaşa.

Demokratik Qüvvələrin Milli Şurasının son mitinqdən öncə isə işdən çıxarılıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan Mehriban Hüseynlinin AzadlıqRadiosu-na söylədiyinə görə, buna səbəb “siyasi fəaliyyəti”, mitinqlərdə iştirakıdır.

Saytların yığılması Saytlarin yigilmasi

“Məni çoxdan işdən çıxarmaq istəyirdilər, hər mitinq öncəsi bir həngamə çıxarırdılar”, – söyləyən keçmiş poçtalyon bu məqsədlə bir neçə dəfə təxribata çəkildiyini, onunla bağlı şöbəyə yoxlama göndərildiyini, amma işində nöqsan tapa bilmədiklərini deyir. Sonuncu yoxlamadan az sonra işdən çıxarılma əmrini alıb və bu zaman iş yoldaşlarının da etiraz olaraq işdən çıxmaq barədə ərizələrini yazdıqlarını bildirir.

“Çox danışırsan, əsəbiləşirik”

“Sonuncu dəfə mitinq öncəsi iki nəfər gəldi. Biz 4 saylı poçt filialının tabeliyindəyik, filialın iki nəfər nümayəndəsi içəri girdi, dedilər: “sizi qəfil yoxlamağa gəlmişik”. Həmin vaxt Zirəyə çox sayda məktub gəlmişdi, sayı 200-ə çatmışdı. Hamısı da Dövlət Yol Polisindən, məhkəmədən idi. Mən camaatı tanıyıram deyə zəng vurub deyirdim ki, ‘sizə məktub var, gəlin götürün’, bəzisini də özüm aparırdım. Sahə böyük olduğundan o qədər məktubun hamısını paylamaq mümkün deyil. Ştatda üç nəfərik. Hər birimiz beş adamın yerinə işləyirik, gecəmiz-gündüzümüz yoxdur. Günə 40-50 məktub paylaya bilirdim. Filialın əməkdaşları soruşdu ki, ‘məktublar niyə yığılıb?’ Dedim ki, ‘məsələn, bu adam evdə olmur, xəbəri var məktubdan, deyir ki, vaxtım olanda gəlib götürəcəm’. Dedilər ki, ‘sən düz etməmisən’… Mən birinci sahəyə cavabdehəm. Mən bura gələndə bu sahə iki küçəni əhatə edirdi, indi isə kənd böyüyüb, bağlar salınıb, əlavə 2-3 işçi götürülməlidir. Bunu deyəndə cavab verdilər ki, ‘çox danışırsan, biz əsəbiləşirik’”, – 120 saylı poçt şöbəsinin keçmiş əməkdaşı belə nəql edir.

Mehriban Hüseynli deyir ki, yoxlamaya gələn filial əməkdaşlarının yoxlaması 20 dəqiqə çəkib, onlar getdikdən az sonra onun işdən çıxarılması barədə əmr gəlib. “Demək əmr çoxdan hazırlanıbmış. Qısa müddətə onu necə hazırlamaq olardı”, – AXCP üzvü sual edir.

Poçtdakı xanımların həmrəyliyi

Onun sözlərinə görə, bundan sonra poçtun digər üç əməkdaşı da işdən çıxmaq barədə ərizə yazıblar. Mehriban Hüseynli bu haqda “Facebook” sosial şəbəkəsində də yazıb: “Bu xanımlar nə siyasətçidirlər, nə siyasətə qoşulublar, nə də hər hansı bir siyasi partiyanın üzvləridir. Rabitəçidirlər. Uzun illər işlədikləri müddətdə dә, ən ağır, dözülməz əmək şəraitində də, daim yuxarı rütbəli haqsız rəhbər işçilərin basqıları altında da, cüzi əmək haqqı müqabilində də saflıqlarını itirməyən, sakinlərə vicdanla xidmət göstərən ərazinin ən dürüst, bacarıqlı, peşəkar qəhrəman əməkdaşları. Hətta məni də qınayırdılar ki, odla çox oynamayım, özümə rəhmim gəlsin. Lakin 04.10.2017-ci il tarixində çox mənasız bir ittihamla mənim qəfil işdən çıxarılmağıma gözləmədiyim şəkildə qəti etiraz edib işdən istefa verdilər, poçtu bağladılar. Onlara qalmaları üçün baş idarədən nə qədər xahiş etsələr də, qayıtmadılar”.

Mehriban Hüseynli poçtun bir gün fəaliyyət göstərmədiyini, indisə kənar şöbədən gətirilən əməkdaşın müvəqqəti olaraq çalışdığını bildirir.

İşdənçıxaran: “Səlahiyyətimiz yoxdur”

AzadlıqRadiosu 120 saylı poçt şöbəsinə zəng vursa da, telefona cavab verən olmayıb, 4 saylı filialdan isə bildiriblər ki, Mehriban Hüseynlinin işdən çıxarılma səbəbi haqda danışmaq səlahiyyətləri yoxdur, hadisə ilə bağlı ancaq “Azərpoçt” MMC açıqlama verə bilər.

İş gününün sonu olduğundan “Azərpoçt”la əlaqə yaratmaq mümkün olmayıb.

Son mitinqlər və işdənçıxarılma haqda deyilənlər

Milli Şuranın son mitinqlərindən sonra AXCP üzvü olan bir neçə şəxsin işdən çıxarıldığı deyilir. Onlardan biri partiyanın Rəyasət Heyətinin üzvü Eldar Hüseynov Dövlət İqtisad Universiteti İnformasiya və İqtisadi Texnologiyalar kafedrasından, cəbhəçi Elmi Usubovun da həkim işlədiyi tibb müəssisəsindən çıxarıldığını bildirir.

Əli Kərimli

Əli Kərimli

AXCP sədri Əli Kərimli də baş verənlərə “Facebook” sosial şəbəkəsində münasibət bildirib:

“Mehriban xanım çox mübariz xanımdı. AXCP Mitinq Komitəsinin Xəzər rayonu üzrə məsul nümayəndəsidir. Mitinqlərin artan xətlə davamından təşvişə düşmüş hakimiyyət mitinqin təşkilatçılarından qisas alır. Mehriban xanıma 120 saylı poçt şöbəsində işləməyi də çox gördülər. Onu da mitinqin təşkilatçısı olduğu üçün işdən çıxardılar”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button