2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Cəhənnəmdən qaçış – “Uşaqlarımla birlikdə üfunət qoxuyan cəsədlərin arasıyla yeridik”

DİQQƏT: Bu hekayədə yer alan təsvir və görüntülər sarsıdıcı ola bilər

Biz təlaş içində evi tərk etdik. Elə çörək bişirirdik ki, birdən qarşımızdakı evlərin bir-bir bombalandığını gördük. Bilirdim ki, tezliklə növbə bizə də çatacaq. Əslində əvvəlcədən hər şeyi hazırlayıb çantalara yığmışdıq, lakin hər şey bir anda elə dəyişdi ki, onları özümüzlə götürməyi unutduq. Heç evin giriş qapısını belə bağlamadıq.

Saytların yığılması Saytlarin yigilmasi

Ailəmin böyük hissəsi – həyat yoldaşım Əhlam, iki, səkkiz, doqquz və 14 yaşlarında olan dörd oğlum, valideynlərim, bacılarım, qardaşlarım və onların övladları hamımız birlikdə yola çıxdıq.

Saatlarla piyada getdik və tədricən anladım ki, biz müharibə zamanı İsrail tərəfindən qoyulan yoxlama məntəqəsindən keçməliyik. Gərginiydik və uşaqlarım dayanmadan soruşurdular: “Ordu bizə nə edəcək?”

Yoxlama məntəqəsindən təxminən bir kilometr aralıda yerləşən dayanacağa gəldik və bütün yolu zəbt edən insan izdihamının yaratdığı böyük növbəyə qoşulduq. Dörd saatdan çox orada gözlədik və həmin vaxt atam üç dəfə huşunu itirdi.

Yolun bir hissəsində bombalanmış binaların dağıntıları arasından bizə baxan İsrail əsgərləri dayanmışdı və yolun tamamilə boş olan digər hissəsində də İsrail əsgərləri gözə dəyirdi.

Təpənin başında çadırdan qurulmuş yoxlama məntəqəsinə yaxınlaşdıqca başımızın üzərindəki əsgərlərin sayı getdikcə artırdı. Biz düşündük ki, yəqin onlar yoxlama məntəqəsini olduqları ərazidən məsafəli şəkildə idarə edirlər, çünki bizə binokulla baxırdılar və səsgücləndirici ilə nə etməli olduğumuzu deyirdilər.

Çadırın yaxınlığında ön və arxa hissəsi açıq olan iki ədəd daşınma konteyneri var idi. Bütün kişilər bir, qadınlar isə digər konteynerin içindən keçirdilər və hər iki konteynerdə bizə davamlı nəzarət edən kameralar var idi. Oradan keçərkən İsrail əsgərləri bizdən şəxsiyyət vəsiqələrimizi istəyirdilər və şəklimizi çəkirdilər.

Qiyamət gününü xatırladırdı.

Yoxlama məntəqəsi yaxınlığında 50 nəfərin saxlandığını gördüm. Hamısı kişilər idi və onlardan ikisi mənim qonşum idi. Bir gənc oğlan sənədlərini itirdiyi və şəxsiyyət vəsiqəsinin nömrəsini xatırlamadığı üçün onu da saxladılar. Növbədə məndən sonra dayanan kişini isə İsrail əsgərləri terrorçu adlandırdılar və onu götürüb oradan uzaqlaşdırdılar.

Saxlanan şəxslərdən alt paltarlarınadək soyunmağı və yerə oturmağı tələb edirdilər. Sonra İsrail əsgərləri onlardan bəzilərinə əyinlərini geyinməyi və getmələrini dedilər. Digərlərinin isə gözlərini bağladılar.

Mən şəxsən gözləri bağlanmış dörd nəfər gördüm, qonşularım da onların arasında idi. Daha sonra onları dağılmış binanın yaratdığı qum təpəciyinin arxasına apardılar. Onlar gözlə görünməyəcək məsafəyə qədər aparılandan sonra atəş səsi eşitdik. Bilmədim onları güllələdilər, ya yox.

Qahirədə yaşayan iş yoldaşlarımdan biri mənim kimi bu səyahətdə olan bir neçə şəxslə əlaqə yaradıb. Onlardan biri Kamal Alcoco idi və deyirdi ki, bir həftə əvvəl yoxlama məntəqəsindən keçəndən sonra cansız bədənlər görüb, lakin o, onların necə öldüyünü bilmir.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button