2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Cənubi Qafqaz ölkələri "NATO ilə münasibətləri dərinləşdirməyin yollarını axtarırlar"

Bu gün NATO-nun 32 üzv ölkəsinin ali diplomatları ümumi təhdid və çağırışları müzakirə etmək üçün Brüsseldə görüşəcəklər. Bu görüşü şərh edən ABŞ-ın NATO-dakı səfiri Culiana Smit Turan-ın müxbirinə deyib ki, Cənubi Qafqaz əvvəlkitək Alyansın dəyərli tərəfdaşı olaraq qalır.

«Bu məsələnin nazirlər görüşündə müzakirə edilib-edilməyəcəyinə gəlincə, mən buna gündəmin bir hissəsi kimi baxmıram, lakin bu mövzu bizim müzakirələrimiz zamanı üzə çıxa bilər”,- o, Brüsseldə brifinqdə deyib.

Bu yaxınlarda NATO-nun baş katibi Yens Stoltenberq “çox mühüm missiya” regiona səfər edib, Smit deyib. O əlavə edib ki,  hər üç ölkə Alyansla əlaqələrini davam etdirir.

Saytların yığılması Saytlarin yigilmasi

Gürcüstana gəlincə, o xatırladıb ki, 2008-ci ildə Alyans üzvləri həm Ukraynanın, həm də Gürcüstanın Alyansa qoşulacağını bəyan ediblər və “biz Gürcüstandakı dostlarımızla onların üzvlük istəklərinin reallaşması üçün lazım olan islahatlar üzərində işləməyə davam edirik”.

Ermənistan və Azərbaycana gəlincə, hər iki ölkə NATO ilə münasibətləri dərinləşdirməyin yollarını axtarır. “Bu, həmin tərəfdaşların dəyərli olduğunu göstərir, baxmayaraq ki, hər tərəfdaş üzvlüyə can atmır, lakin dünyanın bir çox ölkəsi ümumi təhlükəsizlik problemlərini həll etmək üçün NATO ilə əməkdaşlıqda böyük fayda görür”, – səfir deyib.

O, Ukraynadakı vəziyyətə toxunaraq qeyd edib ki, Ukraynanın öz ərazisini Rusiyanın təcavüzündən qorumağa tam hüququ var. “Biz Konqresdəki dostlarımızı Ukrayna hərbçilərinə əlavə yardım ayırmağa çağırmağa davam edirik”.

Eyni zamanda, o, Ukraynanın Rusiya ərazisinə zərbələrinə qarşı çıxıb. “Bu, ABŞ-ın dəstəkləmədiyi bir şeydir. Biz ukraynalıların öz ərazilərini qorumaq və rusları öz ərazilərindən çıxarmaq hüququna diqqət yetiririk”.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button