2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Casusluqda itiham olunan Davtyan və Sucyan 15 il azadlıqdan məhrum ediliblər

Bakı/28.07.21 Çərşənbə günü Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan Ermənistan vətəndaşları David Davtyan və Gevorq Sucyanın işi üzrə proses davam edib.

Şahidlərin ifadələri dinlənilib, sonra hər iki müttəhim ifadə verib, onlar törətdikləri əməldən peşman olublar və üzr istəyiblər.

İclasda məhkəmə istintaqının başa çatdığı elan edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Prokuror çıxışında məhkəmədən müttəhimlərin təqsirli bilinməsini və 16 il müddətinə azadlıqdan məhrum olunmasını xahiş edib.

Məhkəmə məşvərətə gedib və sonra hökm oxunub: hər iki müttəhim 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Davtyan və Sujyana Azərbaycan Cinayət Məcəlləsinin 228 (qanunsuz silah saxlama), 276 (casusluq), 279 (qanunsuz silahlı birləşmələrin yaradılması ) və 318 (dövlət sərhəddindən qanunsuz keçmə) maddələrilə ittiham irəli sürülüb.

Onlar 11 noyabr 2020-ci ildə növbəti dəfə Ermənistandan Qarabağa gedərkən Laçın dəhlizində saxlanılıblar. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button