2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Casusluqda ittiham olunan Fransa vətəndaşı özünü təqsirli bilmir

Azərbaycanda casusluq ittihamı ilə həbs edilən “Mercorama LC”nin baş direktoru, Bakıda bizneslə məşğul olan Fransa vətəndaşı Martin Rayan özünü təqsirli bilmir və ona qarşı irəli sürülən casusluq ittihamlarını qəti şəkildə rədd edir

Toplum TV xəbər verir ki, bu barədə “Turan” informasiya agentliyinə açıqlamasında onun vəkili Nizami Əliyev bildiribş 

“Martin Ryan özünü təqsirli bilmir. Sadəcə olaraq, Fransa xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən aldadılıb”, – N.Əliyev qeyd edib

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil həmçinin bildirib ki, müvəkkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəməyə müraciət etsə də, məhkəmə vəsatəti təmin etməyib.  Nizami Əliyev bu qərardan artıq apellyasiya şikayətinin verildiyini bildirib. 

Martin Rayan 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin casusluq maddəsiylə şübhəli bilinərək tutulub. Daha sonra, onun barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button