2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Cavanşir Feyziyev Mətbuat Şurasından istefa verməyə məcbur oldu

London bankında 5.6 milyon funt-sterliq pulu bloklaşdırıldıqdan sonra qərəzli şəkildə jurnalistləri təhqir etməsi ilə gündəmə gələn deputat deputat Cavanşir Feyziyev Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edərək Şuranın İdarə Heyəti üzvlüyündən istefa verdiyini bildirib.
“24 saat” xəbər verir ki, Feyziyev müraciətində deyilir:
“Son günlərdə feysbuk səhifəmdə paylaşdığım statusla bağlı yaranan qalmaqala aydınlıq gətirmək üçün aşağıdakıları diqqətinizə çatdırmaq istəyirəm.
Bütün cəmiyyətlərdə media ölkənin hərtərəfli inkişafında mühüm amil və vasitə kimi hörmətə və sayğıya layiqdir. Bu hörmət və sayğı həm media nümayəndələri, həm də cəmiyyətin digər üzvləri tərəfindən qarşılıqlı şəkildə sərgiləndiyi təqdirdə daha davamlı və güclü olur. Münasibətlər elə qurulmalıdır ki, ziddiyyətlər yaranmasın, əmələ gələ biləcək kiçik anlaşılmazlıqlar isə qısa zamanda həll yolunu tapsın.
Mən bir neçə gün öncə feysbuk səhifəmdə yazdığım statusla hər hansı ziddiyyət yaratmaq məqsədi güdməmişəm, sadəcə barəmdə gedən mənfi yüklü materialların şəxsimə təsirini əyani şəkildə hiss etdirmək istəmişəm. Razıyam ki, emosional şəraitdə yazdığım statusun mətni kifayət qədər sərt olub və bu barədə də əlavə status yazaraq bunda özümü haqlı hesab etmədiyimi bildirmişəm.
Vəziyyətin belə bir şəkil alması, həmçinin işimin çoxluğu mənim Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyümdən istefa verməyimi zəruri edir və mən sizdən istefamın qəbul olunmasını xahiş edirəm.
Azərbaycan Mətbuat Şurasına ölkədə medianın inkişafı naminə fəaliyyətində böyük uğurlar arzulayıram”.
Xatırladaq ki, Britaniyanın Milli Cinayət Agentliyi (NCA) nüfuzlu Azərbaycan siyasətçisi deputat Feyziyev cənablarının arvadına, oğluna və qardaşı oğluna məxsus bank hesablarındakı 15 milyon funt sterlinq (20.5 milyon dollar) pulu korrupsiya şübhəsi ilə araşdırıb və bu pulun 5.6 milyon funt sterliq həcmində olan hissəsinin şübhəli olması səbəbindən müsadirə edib.
Britaniyanın Milli Cinayət Agentliyi (NCA) sözü gedən 5.6 milyon funt sterlinq vəsaitin Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) 2017-ci ildə aşkar etdiyi pul transferi sxemi ilə yuyulduğuna əsasli şübhələrin olduğu bildirib.

NCA-in iddiaları

Britaniya Milli Cinayət Agentliyi bildirib ki, bu vəsaitin mənbəyi böyük bir ehtimalla “korrupsiya, oğurluq, fırıldaq və çirkli pulların yuyulmasıdır”.

Məlumatda deyilir ki, Feyziyev deputatdır və prezident İlham Əliyevin yaxın çevrəsinə daxildir.

OCCRP yazır ki, Feyziyevin Azərbaycanın Avropa İttifaqında apardığı lobbiçilik fəaliyyətində rolu olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu da bildirilir ki, 15 milyon funt sterlinqin 7.86 milyonu Feyziyevin arvadı Pərvanə Feyziyevanın, 6.4 milyonu isə oğlu Orxan Cavanşirin hesabında saxlanır.

Məlumata görə bu iki şəxs bu pulun bir hissəsini Britaniyada yaşamaq imkanı verən investisiya vizasının alınmasına xərcləyib.

Sözü gedən vəsaitin kiçik hissəsi – 1 milyon funt sterlinqdən bir qədər çoxu isə Feyziyevin qardaşı oğlu Elman Cavanşirin hesabındadır.

Lakin NCA bildirir ki, iş Feyziyevin özünün üstündə cəmləşib, beləki aşkar olunmuş vəsaitin onun nəzarətində olan bank hesablarından gəldiyi ehtimal edilir.

Feyziyevlər ailəsi inkar edir

Feyziyevlər ailəsinin sözçüsü media üçün açıqlamasında onların NCA-in iddialarını “qəti şəkildə rədd etdiklərini” və “tamamilə yanlış” olduğunu bəyan edib.

Sözçü daha sonra deyib ki, agentlik vəsaitin “hər hansı cinayət fəaliyyəti ilə bağlı mənbədən gəldiyini göstərən əsaslı sübutlar” təqdim etməyib.

Ailənin sözçüsü deyib ki, Feyziyevlər Britaniyanın ədalət sisteminə tam inanırlar və NCA tərəfindən irəli sürülmüş iddiaların əsassız olduğunun sübut edilməsini gözləyirlər.

Məlumatda deyilir ki, NCA sözü gedən iş üçün OCCRP-nin Cavanşir Feyziyev barəsində bundan əvvəlki reportajına istinad edib.

2017-ci il tarixli təhqiqat reportajında deyilirdi ki, adları əsası Feyziyev tərəfindən qoyulmuş əczaçılıq şirkəti ilə eyni olan iki şirkətə Azərbaycanın pulyuyan maşını vasitəsilə 138 milyon dollar vəsait daxil olub.

Həmin reportajın böhtan olduğu barədə Feyziyevin iddiası razılaşdırılmış şərtlərlə həll olunub.

Feyziyev hər hansı çirkli pulların yuyulmasında və qanunsuz fəaliyyətdə iştirakını qətiyyətlə inkar edir.

“24 saat” “xeberler” departamenti

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button