2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünyaİdman

“Çelsi”dən 48 milyonluq transfer

“Napoli”də çıxış edən argentinalı ulduzun transferini Konte özü şəxsən istəyib.
İtaliya millisinin baş məşqçisi Antonio Konte ilə anlaşan “Çelsi”nin ilk transferi A Seriyasından olacaq. ANS PRESS-in məlumatına görə, London klubu Qonzalo Hiquaynı heyətinə qatmağa hazırlaşır.

“Napoli”də çıxış edən argentinalı ulduzun transferini Konte özü şəxsən istəyib. “Çelsi” Hiquayn üçün italyanlara 48 milyon avro təklif edəcək.

İspaniyanın “Real” klubu 2007-ci ildə 12 milyon avroya aldığı Hiquaynı 2013-cü ildə 38 milyona “Napoli”yə satıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Transfermarkt” hazırda 28 yaşlı forvarda 60 milyon avro qiymət qoyub. Cari mövsümdə “Napoli”nin heyətində 41 rəsmi oyuna çıxan Hiquayn 35 qol vurub.

A Seriyasının 34 oyununda 33 dəfə fərqlənən argentinalı bombardirlər yarışına başçılıq edir və ən yaxın izləyicisi “Milan”lı həmkarı Karlos Bakkanı 16 topla qabaqlayır. Argentinalı futbolçu ilə Avropanın bir neçə aparıcı klubu yaxından maraqlanır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button