Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.
İlk oyun günündə 2 qarşılaşma keçirilib.
“Real” öz meydanında “Bavariya”nı sınağa çəkib. 90 dəqiqənin sonunda sevinən tərəfə “Bavariya” olub – 2:1. Ümumi nəticə bərabərləşdiyindən, qalib əlavə vaxtda aşkarlanıb. Münhen klubunun azlıqda qalmasından maksimum yararlanan “Kral klubu” 4:2-lik qələbə qazanmaqla yarımfinala adlayıb.
Madridin digər təmsilçisi “Atletiko” isə səfərdə “Lester”lə üz-üzə gəlib. İngiltərə çempionu səfərdəki minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, 90 dəqiqənin sonunda qalib aşkarlanmayıb – 1:1.
“Real” (İspaniya) – “Bavariya” (Almaniya) – 4:2
Qollar: Levandovski, 53-pen (0:1), Ronaldo, 76 (1:1), Ramos, 78-avtoqol (1:2), Ronaldo, 105 (2:2); 109 (3:2), Asensio, 112 (4:2)
Qırmızı vərəqə: Vidal, 84 (“Bavariya”)
İlk oyun – 2:1
“Lester” (İngiltərə) – “Atletiko” (İspaniya) – 1:1
Qollar: Nigez, 26 (0:1), Vardi, 61 (1:1)
İlk oyun – 0:1
24saat.org
Mənbə – azadliq.info