2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Co Baydenin bacısının SOCAR-ın maliyyələşdirdiyi Bakı səfəri qınaq obyektidir

ABŞ prezidentliyinə Demokrat namizədin bacısının “avtoritar Azərbaycan liderinin” öz imicini gücləndirmək üçün təşkil etdiyi konfransa qatılması The New York Times qəzetində dərc olunan və Co Baydenin bacısının onun siyasi karyerasının formalaşmasında oynadığı rolu barədə geniş məqalədə qeyd olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Siyasət, Pul, Bacı-Qardaş: Co Bayden ilə Valeri Bayden Ovens Arasındakı Əlaqələradlı məqalədə yazılır ki, sabiq vitse-prezidentin bacısı Valeri Bayden-Ouens 2013-cü ildə Azərbaycanda SOCAR-ın maliyyələşdirdiyi konfransda iştirak edib.

Qəzetin məlumatına görə, o, 2013-cü ilin mayında Co Bayden vitse-prezident ikən Bakıda keçirilən konfransda çıxış edib. Ədliyyə Departamenti həmin konfransı sonradan “xaricdən nüfuz cəhdi” kimi qiymətləndirib.

“Aralarında xanım Ouens, bir neçə Konqres üzvü və sabiq prezident Barak Obamanın keçmiş müşavirlərinin də olduğu iştirakçılar Xəzər dənizi sahilində keçirilən toplantının Hyustonda qərargahlanan Turkuaz Şurası adlı qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunduğunu düşünürdü.”

Qəzet yazır ki, əslində bu görüş Azərbaycanın “avtoritar lideri İlham Əliyevin imicini düzəltmək səylərinin bir hissəsi olaraq” dövlətə məxsus neft şirkəti SOCAR tərəfindən malliyyələşdirilmişdi.

“Bu, bir çoxlarının Vaşinqtonun sevmədikləri tərəfinin nümunəsidir. Ortada çoxlu pullar var idi,” həmin konfransda iştirak edən St. Mary’s College Universitetinin professoru Maykl Geyn bildirib.

Məqalədə verilən məlumata görə, Konqresin etika komitəsinin apardığı araşdırma nəticəsində konfrans iştirakçılarına hədiyyələr verildiyi ortaya çıxmışdı.

Xanım Ouens həmin konfransda iki dəfə çıxış edib, The Washington Diplomat isə konfransda çıxış edən sabiq Obama administrasiya rəsmilərinə 2500 ilə 15000 dollar arasında qonorarlar ödənildiyini bildirib.

The New York Times yazır ki, Co Baydenin bacısı onun siyasi karyerasında mühüm və ayrılmaz rol oynayır.

Həmin məqalədə xanım Ouensin illər boyu nitq söyləmək bacarıqlarına görə şirkətlər və təşkilatlar tərəfindən tez-tez dəvətlər aldığı və onların adından qadınlara bərabər hüquqların verilməsi və bədən dili barədə çıxışlar etdiyi bildirilir.

Xanım Ouens könüllü olaraq Dövlət Departamenti və USAID-in maliyyələşdirdiyi və sabiq Konqres üzvü, habelə Çelsi Klintonun qayınanası Marcori Marqolisin idarə etdiyi Beynəxalq Qadınların Kampaniyası adlı təşkilatla birlikdə səfərlər edib.

Hazırda Valeri Bayden Ouens ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş Co Baydenə seçki kampaniyasına yardım edir.

Amerikanın səsi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button