2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Çovdarovun cinayət işində zərərçəkən şəxs yol qəzasında öldü

O, məhkəmədə ifadə verəndən bir gün sonra baş verən qəzada 3 nəfər həlak olub
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işində zərərçəkmiş olan şəxs yol qəzasında həlak olub. Hadisə aprelin 14-də Zığ-Aeroport yolunda baş verib. Bakı şəhər sakini Sadiq Edilov idarə etdiyi “Kia” markalı avtomobili qarşıda gedən paytaxt sakini Gülağa Quliyevin idarə etdiyi “VAZ-2104” markalı avtomobilə vurub və “VAZ” markalı avtomobildə yanğın baş verib. Nəticədə G. Quliyev və sərnişinləri, paytaxt sakinləri – Narif Sadıxovla qardaşı Elçin hadisə yerində ölüblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünyasını dəyişn Quliyev Gülağa Məhərrəm oğlu digər zərərçəkmiş Namiq Orucovun sürücüsü olub. O, hadisədən 1 gün əvvəl məhkəmədə ifadə verib. Bildirib ki, 2015-ci ildə Namiq Orucovu İlham Qasımovun bacısı oğlunun toyuna aparıb. Orda söz-söhbət düşdüyünü və saxlanıldığını, daha sonra isə günahsız yerə tutulduğunun məlum olduğunu və sərbəst buraxıldığını deyib.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button