Loading...
Loading...
Xəbərlər

Cümə axşamı paytaxtda qar gözlənilir

Bakı/22.12.21 Milli Hidrometeorologiya Xidməti dekabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitnin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, nisbətən yüksək ərazilərdə qara keçəcəyi gözlənilir.

Məlumata görə, səhər arabir güclənən şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 3 dərəcəyədək isti, gündüz 3-5 dərəcə isti, Bakıda gecə 3 dərəcəyədək isti, gündüz 3-5 dərəcə isti olacaq.

Məlumatda dekabrın 23-24-də Abşeron yarımadasında küləkli və yağıntılı hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir.

Məlumatda vurğulanır ki, Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq. -05D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button