2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Cümə günü Bakıda qar yağacag

Bakı/13.01.22 Azərbaycan FHN əhalini ölkədə gözlənilən hava şəraiti ilə əlaqədar ehtiyatlı olmağa çağırıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti dəyişərək temperaturun kəskin düşəcəyi, güclü külək əsəcəyi, yağıntılı keçəcəyi, sulu qar və qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı proqnozlaşdırılır.

Bakıda və Abşeronda güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Ekologiya Nazirliyinin sinoptikləri Bakıda havanın temperaturu gündüz 1-3 dərəcə isti təşkil edəcək. Amma güclü şimal-qərb küləyi soyuq hissini artıracaq.

 

Aran rayonlarında havanın temperaturu gündüz 0-3 dərəcə isti, gecə -3 dərəcəyə qədər şaxta təşkil edəcək. Dağlarda gecə 9 dərəcəyə qədərə şaxta, gündüz 0-4 dərəcə isti olacaq. -05D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button