2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Daha bir AXCP fəalı saxlanılıb

Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov aprelin 15-də evindən çıxarkən saxlanılıb. O, evdən çıxmazdan əvvəl 8103 nömrəsindən SMS-icazə alıb. Onun harada saxlanıldığı məlum deyil, bu barədə AXCP-dən bildiriblər.

“Birdəfəlik desinlər ki, SMS-icazələrin AXCP üzvlərinə aidiyyatı yoxdur”, deyən partiya nümayəndəsi artıq evdən çıxmaq üçün icazə aldıqdan sonra onlarla fəalın həbs edildiyini xatırladıb.

Saytların yığılması Saytlarin yigilmasi

Niyaməddin Əhmədov ictimai əsaslarla AXCP liderinin mühafizəsində iştirak edib. Bir müddət əvvəl Kərimlinin digər mühafizəçisi Ruslan Əmirov həbs edilib.

AXCP bildirir ki, martın 24-də xüsusi karantin rejimi tətbiq edildikdən sonra 10-dan çox fəal saxlanılıb və inzibati qaydada həbs edilib.

Hakimiyyət karantin rejimini pozmayan insanların həbsinin nə ilə əlaqədar olduğunu izah etməkdən imtina edir. 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button