2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Daha bir sığorta şirkəti bağlandı

Azərbaycanda daha bir sığorta şirkəti bağlandı. Söhbət “Azərqarant” sığorta şirkətindən gedir.

Bu barədə Fins.az-a açıqlamasında sığorta şirkətinin idarə heyətinin sədri Rəşad Məmmədov bildirib.

Onun sözlərinə görə, yeganə səhmdar Əliyev Oktay Abbas oğlunun qərarı ilə sığorta şirkəti noyabr ayının 1-dən etibarən fəaliyyətini dayandırıb. Buna səbəb isə sığorta şirkətinin kapital çatışmazlığı ilə üzləşməsi olub.

Saytların yığılması Saytlarin yigilmasi

Belə ki, sığorta şirkəti kapitalını proporsional olaraq 3 bankda saxlayıb – “Nikoil Bank”, “Rabitə Bank” və “Atrabank”da. Sonuncu bank Mərkəzi Bankın qərarı ilə bu il yanvar ayının 27-də bağlanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası isə bağlanan bankdakı hesabı nəzərə almayaraq sığorta şirkətinin kapitalını artırması ilə bağlı “Azərqarant”a müraciət edib. Çatışmayan kapital 2 milyon manatdan bir qədər artıq olub. Palata kapitalın artırılması üçün sığorta şirkətinə oktyabr ayının sonuna kimi vaxt verib.

Amma bu müddətdə sığorta şirkətində kapital artımı mümkün olmayıb. R.Məmmədov bildirib ki, sığorta şirkətinin bir səhmdarı olduğu üçün kapital artımı mümkün olmayıb və belə olan halda, sığorta şirkətinin fəaliyyətinə xitam verilməsi qərara alınıb.

O əlavə edib ki, noyabr ayının 5-dən etibarən sığorta şirkətində ləğvedici komissiya yaradılıb.
Komissiyanın sədri Rəşad Məmmədov, üzvləri isə baş mühasib Tamella Tağıyeva və təftiş komissiyasının sədri Günel Xəlilovadır. Komissiya öhdəliklərin yerinə yetirilməsinə başlayıb. Hələlik sığorta öhdəliyi ilə bağlı sığorta şirkətlərindən hər hansı müraciət edilməyib.

R.Məmmədov bildirib ki, böyük ehtimalla öhdəlikləri sığorta şirkəti özü yerinə yetirəcək. Amma bunun bağlı hələlik müzakirə aparılır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button