2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Daşkəsəndə saxlanılan AXCP fəalına həbs qətimkan tədbiri seçilib

Sahib Məmmədzadənin işgəncə gördüyü, lakin ittihamı qəbul etmədiyi bildirilir

İki gün əvvəl saxlanılan siyasi fəal – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadə haqqında həbs qərarı verilib. Göygöl Rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sahib Məmmədzadə artıq Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasına köçürülüb.

Bu barədə Meydan TV-yə partiyadan verilən məlumatda bildirilir ki, Sahib Məmmədzadəyə Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Lakin cəbhəçi fəal özünü təqsirli bilmir.

Saytların yığılması Saytlarin yigilmasi

“Bizdə olan məlumata görə, Göygöl Rayon Polis Şöbəsində Sahib bəyə çox işgəncə verilib. Buna baxmayaraq, o, ona aidiyyəti olmayan narkotiki üzərinə götürməyə razılaşmayıb. Sənədləri imzalamayıb. Sahib bəyin öz vəkilinə də xəbər verməyiblər. Elə dövlət hesabına vəkillə tez-tələsik onu məhkəməyə aparıb, həbs qərarı alıblar. Məhkəmədə də bildirib ki, onu şərləyiblər, narkotiklə heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq, məhkəmə onun haqqında təqdimatı təmin eləyib və həbs qərarı verib”, – partiyadan bildirilib.

Sahib Məmmədzadə haqqında 4 aylıq həbs qərarından apelyasiya şikayəti veriləcək.

Cinayət işinin materiallarında iddia olunur ki, AXCP fəalı Göygöl rayonu ərazisində saxlanılıb. Lakin AXCP-dən bildirilib ki, yalandır, onu Daşkəsən ərazisində – bacısı ilə birlikdə mal-qaranı Xoşbulaq kəndindən gətirəndə saxlayıblar:

“Sahib bəy yük maşınında bacısı ilə birlikdə gəlib. Onlar mal-qaranı aran zonasından Xoşbulaq dağ ərazisinə gətirəndə postda yük maşınının qarşısını kəsiblər. Yük maşınının kabinəsinə hücum ediblər, Sahib Məmmədzadənin boğazından tutub, sürüyüb yerə salıblar. Onu döyə-döyə maşına mindirib aparıblar. Baş verənləri bacısı telefonla çəkmək istəyəndə ona qarşı da zorakılıq ediblər. Onun başına vurub, əllərini burub, telefonunu əlindən alıblar. Məqsədli şəkildə bu təxribat planını Göygöl Rayon Polis Şöbəsinin vasitəsilə həyata keçirirlər. Çünki Daşkəsən sakinləri Sahib bəyi tanıyır, onun narkotik kimi pis vərdişlərdən uzaq, ədalətli, mübariz insan olduğunu yaxşı bilir. Bu adam həmişə haqqı pozulanın yanında olub, ədalətsizliklə mübarizə aparıb. Siqaret çəkməyən adamları narkotiklə şərləmək insanlıqdan çıxmaqdır”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan isə bildirilib ki, Sahib Məmmədzadə narkotik vasitələrin qanunsuz dövriyyəsilə əlaqədar saxlanılıb.
Sahib Məmmədzadə bir müddət öncə Meydan TV-yə müsahibəsində polis özbaşınalığından şikayətmişdi. O bildirirdi ki, Daşkəsəndə örüş torpaqlarının satılmasına etiraz edən kənd sakinlərinə qarşı polislər zorakılıq edir.

Sahib Məmmədzadənin ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3 maddəsində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Hazırda AXCP-nin xeyli üzvü həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədov, partiyanın Salyan şöbəsinin sədri Zamin Salayev və digərləri var.

Həbsdəki cəbhəçilərin heç biri özünü təqsirli bilmir, siyasi fəaliyyətlərinə görə şər-böhtanla cəzalandırıldıqlarını deyirlər.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button