2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Demokratik Qüvvələrin Milli Şurası etiraz aksiyasının yeni tarixini müəyyənləşdirib

Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin 21 aprel tarixli mitinqinə icazə verməkdən imtina etdikdən sonra Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) aksiyanın mayın 5-də keçirilməsi haqqında qərar qəbul edib.

Bu barədə Turan-a Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli bildirib. 

Onun sözlərinə görə, aksiya tələbinə müəyyən dəyişikliklər ediləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, aprelin 21-nə təyin edilən mitinqdə müxalifət siyasi məhbusların azad edilməsini, seçki islahatlarının keçirilməsini, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasını, quru sərhədlərin açılmasını və Rusiya qoşunlarının Azərbaycandan çıxarılmasını tələb edirdi. 

“Doğrudur, tələblərimizin biri ilə bağlı, yəni Rusiya Ordusunun Azərbaycandan çıxarılması ilə bağlı hərəkətlər edilir. Dövlət başçıslarının bu barədə razılıq əldə etdiyi bildirilir. Amma qoşunların çıxarılması hələ tam başa çatmayıb. Hələ ki, Rusiya qoşunlarının Azərbaycandan tam çıxarılması barədə məlumatlar yoxdur. Bu səbəbdən 5 may mitinqimizin tələbləri arasında Rus qoşunlarının çıxarılması tələbi qalacaq”, deyə o qeyd edib.

Onun sözlərinə görə, 5 may aksiyasının qətnaməsinə daha bir ciddi tələb əlavə olunacaq. “Bu Azərbaycanın 22 fevral 2022-ci ildə Rusiya ilə bağlnamış müqavilədən (Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədədn söhbət gedir – red.) imtina edilməsi tələbidir. Bu sənəddə Azərbaycanın suverenliyini məhdudlaşdıran maddələr var. Azərbaycan qanunvericiliyinə görə prezident Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən sənədlər imzlaya bilməz.

Bu sənəddə prezident öz səlahiyyətlərini bir az aşıb. Çünki orada, məsələn, Azərbaycanla Rusiya arasında xarici siyasətin koordinasiya edilməsi var. Bu nədir? Azərbaycan öz istədiyi kimi xarici siyasət yeridə bilməz. Xarici siyasəti Rusiya ilə koordinasiya etməlidir, Rusiyanın maraqalrını gözləməlidir. O sazişdə 6-7 maddə Azərbaycanın suverenliyini məhdudlaşdırır”, deyə Həsənli qeyd edib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button