Xəbərlər

Demokratiya Sammitinə dəvət edilənlər siyahısında Azərbaycanın adı yoxdur – ERMƏNİSTAN VAR

Loading...

ABŞ Dövlət Departamenti qarşıdan gələn Demokratiya Sammitinin iştirakçılarının rəsmi siyahısını dərc edib (https://www.state.gov/participant-list-the-summit-for-democracy/).

Məlumata görə, demokratiya sammitinə dəvət edilmiş 110 ölkə arasında Azərbaycanın adı yoxdur.

Bir neçə həftə əvvəl KİV-də yayılmış ilkin siyahı ilə müqayisədə Tayvan, Tuvalu, Serbiya və Kosovo yeganə əlavələrdir.

Gözlənildiyi kimi, Türkiyə və Rusiya da yekun siyahıya daxil edilməyib, Cənubi Qafqaz ölkələrindən isə siyahıda Gürcüstan və Ermənistanın adı var.

9-10 dekabr tarixlərində keçiriləcək sammit “iştirakçıların demokratiyanı daha da gücləndirməyə və sabitləşdirməyə, sadiq olan tərəfdaşların geniş birliyini yaratmağa yönəlmiş addımlar atacaq.

Biz demokratiyaların insanlar üçün ən vacib məsələləri: iqtisadi imkanların genişləndirilməsi, insan hüquq və əsas azadlıqlarının müdafiəsi və layiqli həyatın təmin edilməsi kimi məsələləri necə həll edə biləcəyini göstərməyə çalışırıq”, deyə Dövlət Departamentinin məlumatında qeyd edilir.

Turan
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button