2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Deputat oğlunun telefonu ilə bağlı mübahisə

Hakim təhqiramiz mesajın Həbib Axundovun telefonundan göndərilib-göndərilməməsini niyə araşdırmaq istəmir?

Deputat Elmira Axundovanın oğlu Həbib Axundovdan şikayətçi olan vətəndaşlar Məhkəmə-Hüquq Şurasına müraciət ediblər. Onlar hesab edir ki, deputat və oğluna qarşı şikayətlərinə baxan Yasamal Rayon Məhkəməsinin hakimi Zəfər Quliyev bu işdə obyektiv deyil, ortada olan aşkar qanunsuzluqlara göz yumur.

Məhkəmə-Hüquq Şurasının sədri, eyni zamanda, Ədliyyə naziri olan Fikrət Məmmədova ünvanlanmış məktubda yazıblar ki, Elmira və oğlu ilə bağlı işin obyektiv, ədalətli araşdırılması üçün məhkəməyə bir sıra vəsatətlər təqdim olunsa da, Zəfər Quliyev onları təmin etmir.

Saytların yığılması Saytlarin yigilmasi

Həbib Axundov tərəfindən pullarının mənimsənildiyini iddia edən vətəndaşlar məhkəməyə şikayətlərində deputatın “Üç nöqtə” qəzetinə müsahibəsində, oğlunun isə onlardan birinə yazdığı mesajda onları təhqir etdiyini, şərəf və ləyaqətlərini alçaltdığına göstəriblər.

Məhkəmədə Həbib Axundovun nümayəndəsi Afət Qazıyeva bildirib ki, iddia ərizəsində göstərilən nömrə Həbib Axundova məxsus deyil. Ona görə də həmin nömrədən Həbib Axundov tərəfindən kiməsə təhqiramiz SMS göndərilməsi mümkün deyil.

Iddiaçı vətəndaşlar isə bildirir ki, həmin nömrə vasitəsilə dəfələrlə Həbib Axundov onlarla əlaqə saxlayıb, nömrə də məhz deputat oğluna aiddir.

Iddiaçıların vəkili Tahir Əlirzayev bu məsələdə həqiqətin üzə çıxarılması üçün məhkəmənin sözügedən nömrənin aid olduğu mobil operatora sorğu göndərib onun sahibinin müəyyənləşdirilməsi barədə vəsatət qaldırmışdı. Amma hakim Zəfər Quliyev vəsatəti təmin etməyib. Hakim bu vacib vəsatəti hansı səbəbdən rədd etdiyini də açıqlamayıb. Ardınca da məhkəmə araşdırmasının başa çatdırıldığını elan edib.

Amma iddiaçılar da mübahisə predmeti olan nömrənin sahibinin (istifadəçisinin) Həbib Axundov olması və bu barədə qeydlər aparıldığı Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən verilmiş məktubları və əlavələri iş materiallarına əlavə edilməsi üçün məhkəməyə təqdim edib.

Bundan sonra Həbib Axundovun nümayəndəsi artıq nömrənin ona məxsusluğunu yox, göndərilmiş SMS-i mübahisələndirib. O, həmin SMS-in mətninin montaj olduğunu deyib. Belə olan halda, iddiaçıların vəkili daha bir vəsatət qaldıraraq, mobil operatordan iddia ərizəsində göstərilən tarixdə və vaxtda həmin nömrədən çıxan SMS-in mətninin alınmasını istəyib. Amma məhkəmə bu vəsatəti də təmin etməyib.

“Bundan sonra bizdə 100 faiz əminlik yaranıb ki, ümumiyyətlə hakim Zəfər Quliyevin icraatında, o cümlədən, Yasamal rayon Məhkəməsində hazırkı iddianın araşdırılması əhəmiyyətsizdir. Çünki işin obyektiv, hər tərəfli araşdırılmasında hazırkı məhkəmə maraqlı deyil. Obyektiv araşdırma iddianın təmin edilməsini qaçılmaz edir. Bu səbəbdən də tərəfimizdən mümkün sübutlar təqdim edilməsinə baxmayaraq, məhkəmə buna maraq göstərmir.

Ümumiyyətlə, hakim Zəfər Quliyevin icraatında olan mülki iş çoxlu prosessual pozuntularla əhatə olunub. Həm vəsatətlərimizin təmin edilməməsi, həm tərəflərə bərabər hüquqlu şəraitin yaradılmaması, həm də işdə birtərəfli mövqe nümayiş etdirilməsində göstərilən hallar daha çox diqqəti çəkir”, – deyə Məhkəmə Hüquq Şurasına göndərilən məktubda qeyd olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button