2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Deputat: Selektiv abortlar baş alıb gedir  

“Selektiv abortlar baş alıb gedir. Bu, qanunla bu qadağandır. Buna riayət etmək lazımdır”

Toplum TV “Trend”-ə istinadən məlumat verir ki, bunu noyabrın 29-da Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə müzakirə zamanı deyib.

“Azərbaycanda müasir tibbi avadanlıqlar var ki, hamilə vaxtı ən xırda patologiyanı belə aşkara çıxarır. Selektiv abortların qarşısının alınması üçün maarifləndirmə işləri gücləndirilməlidir”, – deyə o əlavə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmə keçirilir. İclasda səhiyyə nazirinin müavini İlqar Qasımov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Vüsal Nəsirli, deputatlar və digər qonaqlar iştirak edir. 

Bundan əvvəl Azərbaycanın dünya miqyasında Çini qabaqlayaraq selektiv abortlarda dünya birincisi olduğu aşkarlanmışdı. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button