2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Deputat TIR-lar probleminin həll olunduğunu deyir, amma… [video]

Necə etmək olar ki, Azərbaycanın Rusiyadan ticarət asılılığı azalsın?

Məsələn, 15 günə yaxındır ki, kəndlinin Rusiya bazarlarına göndərdiyi meyvə-tərəvəz sərhəddə maşınlarda qalıb. Meyvə-tərəvəzi göndərməyə başqa bazarlar demək olar ki, yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Və ya Azərbaycan özünün taxıla olan ehtiyacının demək olar ki, əksər hissəsini şimal qonşusundan alır.

Rusiya meyvə-tərəvəz aparan sahibkarlar deyirlər ki, Azərbaycan Rusiya sərhəddində hələ də 200-ə qədər maşın gözləyir, keçə bilmirlər.

Aprelin 25-dən Rusiyada daşıma tarifləri 25 faiz artırılacaq. Rusiya sürücüləri buna etiraz olaraq tətilə başlayıblar. Onlar tətilə qoşulmayan başqa sürücülərin, o cümlədən, azərbaycanlı sürücülərin maşınlarına hücum edirlər. Bu videonu bizə sürücülərdən biri göndərib.

Adının çəkilməsini istəməyən sahibkar danışır ki, Şəmkirdən Rusiyaya vurduğu iki maşın göyərtini sərhəddən keçirə bilmədi, göyərti çürüdü. Sahibkar deyir ki, 60 min manatlıq malı batıb. İndi vəziyyət elədir ki, yük maşınları sahibi də qiymətləri qaldırıb.

Sahibkar bildirir ki, azərbaycanlı sahibkarlar heç bir halda bu aksiyalara qoşulmaq istəmir, hökumətdən kömək umurlar. Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov isə deyir ki, azərbaycanlı sahibkarların problemləri həll olunacaq:

Eldar İbrahimov

Eldar İbrahimov

“Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Rusiya tərəfi ilə görüşüb və məsələləri həll edib. Artıq həll olunub. Dünən görüşüblər, danışıblar, icazə də verilib. Amma yalnız Azərbaycan məhsulları gedəcək. Tutaq ki, Türkiyənin məhsulu gəlib Azərbaycandan keçməsin”.

Di gəl ki, sahibkarlar deyirlər ki, TIR-lar polis nəzarətində olanda belə onlara hücum olur.

İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşı, kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov isə deyir ki, ilk dəfə deyil ki, azərbaycanlı sahibkarlara belə maneələr yaradılır, onun sözlərinə görə, bir müddət əvvəl də məhsulların keyfiyyətinin aşağı olmasını əsas gətirib, Rusiya bazarlarına buraxmırdılar.

Vahid Məhərrəmov

Vahid Məhərrəmov

Vahid Məhərrəmov deyir ki, bu problemi kökündən həll etmək, bazarların sayını artırmaq lazımdır:

“Bu gün Azərbaycan Ümumdünya Ticarət Mərkəzinin üzvü deyil və bu proses getdikcə uzanır. Bizim üçün yaxşı imkan var. Biz Avropa bazarına çıxış əldə edə bilərik. Biz digər ölkələrə mal-məhsul çıxış əldə edib və daha çox gəlir əldə edə bilərik və dayanıqlı bazarımız olar. Düzdür, Rusiya bazarı bizim üçün həmişə əlverişli olub, Rusiyada bizim məhsulu artıq tanıyırlar, amma bu o demək deyil ki, bu, dayanıqlı ola bilər”.

Azərbaycan 1997-ci ildən Ümumdünya Ticarət Təşkilatına üzvlük barədə danışıqlar aparır. Bəzi tənqidçilər bildirir ki, əslində hakimiyyət bu quruma üzvlükdə bir elə maraqlı deyil. Çünki bu üzvlük ilk növbədə korrupsiya və inhisarın aradan qaldırılmasını tələb edir.

Vahid Məhərrəmov əlavə edir ki, Azərbaycana Rusiya sərhəddindən keçməklə həm də Ukraynadan, Belorusdan və başqa ölkələrdən məhsullar gəlir. Sərhəddəki vəziyyət davam edərsə, bu, kartofun, düyünün, bəzi şokolad məhsullarının bahalaşmasına səbəb ola bilər. Mütəxəssis deyir ki, Azərbaycanın Rusiyada əsas asılılığı dəmiryolları ilə gətirilən taxıldır-ölkə öz taxılını özü istehsal etməyin yollarını axtarmalıdır.

Buna da bax:

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button