2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Deputatın obyekti yoxlanıb – Təfərrüat

Deputat Hadı Rəcəblinin obyektində vergi yoxlaması olub. 24saat.org-a daxil olan məlumata görə, bir müddət əvvəl millət vəkilinin Lənkəranda fəaliyyət göstərən “Palıdlı sahil” istirahət mərkəzində audit yoxlamaları həyata keçirilib.

Deputat yoxlamadan gec xəbər tutub. Lənkəranın Vergilər İdarəsi qəfildən araşdırma aparıb. Məlumatda deyilir ki, H.Rəcəblinin rayonda Maliyyə İdarəsinin rəisi olan qardaşı İqbal Rəcəbov da məsələyə müdaxilə edə bilməyib.

Yoxlamanın yekunu barəsində müfəssəl bilgilər açıqlanmasa da, “Palıdlı sahil”də vergi əməkdaşlarının nöqsanlar aşkarladığı qeyd olunub. Deputatın rəis qardaşı vergi yoxlamasının formal olmasına çalışsa da, istəyi baş tutmayıb. Rəcəbovlar ailəsinin Lənkəranın uşaq xəstəxanasının binasını alaraq hotel-restoran açmasından sonra bu obyektdə də yoxlama olacağı istisna edilmir.

Saytların yığılması Saytlarin yigilmasi

Deputatın Lənkərandakı biznesi yenidən gündəmə gəlib. Hadı Rəcəbli ona aid biznes obyektləri olmadığını desə də, mətbuatda barəsində yeni məlumatlar dolaşmaqdadır.  Deyilənə görə, H.Rəcəblinin Lənkəranda “Xan” restoranı fəaliyyət göstərir.

Həmçinin, “Dalğa” restoranı nda deputata aid olduğu söylənilir. Mənbə iddia edir ki, H.Rəcəbli keçmiş uşaq xəstəxanasının binasında da restoran açıb. Binanın alt qatı isə “Zaminbank”a aiddir. Deputatın ən məşhur obyekti isə “Palıdlı sahil” istirahət mərkəzidir.

Qarşı tərəfi dinləməyə hazırıq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button