2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Derek Hogan: “ABŞ təkliflər irəli sürüb, Bakı və Yerevan bu təkliflər üzərində işləyir”

Mayın əvvəli dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan XİN başçıları ilə Vaşinqtonda keçirilən görüşündə tərəflərə sərhəddəki qüvvələrin qarşılıqlı olaraq geri çəkilməsi, gələcək sülh sazişində mübahisələrin həlli mexanizmi, Dağlıq Qarabağdakı etnik ermənilərin hüquq və təhlükəsizliyi kimi ən mübahisəli məsələlərin həlli üçün bəzi təkliflər irəli sürülüb.

Bu barədə mayın 23-də ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya işləri üzrə müavini Derek Hogan (Dereck  Hogan, Principal Deputy Assistant Secretary, Bureau of European and Eurasian Affairs U.S. Department of State) Konqresin Xarici işlər komitəsində (House Foreign Affairs Committee) konqresmen Madlen Dinin (congresswoman Madeleine Dean) sualına cavabda bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Konqresmen deyib ki, dünən Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşüb və onunla münaqişə bölgəsindəki vəziyyəti müzakirə edib. O, həmçinin Laçın dəhlizinin “mühasirəsinin qaldırılması” üzrə tədbirlər haqqında sual verib, buna cavab olaraq Hogan bildirib ki, dövlət katibi Blinken XİN başçıları ilə görüşdə Laçın dəhlizinin ticari və şəxsi daşımalar üçün açılmasında israr edib.

“Biz tərəflərin fikir ayrılıqlarını aradan qaldırmasına imkan verə biləcək bir sıra təkliflər etdik. Onlar iyunun 1-də Kişinyovda Fransa prezidenti, Almaniya kansleri və Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə müzakirələri davam etdirəcəklər. Biz öz addımlarımızı Avropa İttifaqı ilə əlaqələndiririk və Kişinyovda diqqət işi necə başa çatdırmaq üzərində cəmləşdiriləcək, amma bu, uzun yoldur”, deyə Hogan qeyd edib.

Contact.az

Azadlıq Qəzeti

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button