2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Din dövlətə deyil, Allaha məxsusdur

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı

Son günlərin düşüncə dartışmalarına yekun.

Saytların yığılması Saytlarin yigilmasi

Son günlərin dərin fikir, düşüncə qarşıdurmaları milli təhlükəsizliyimizin necə böyük bir təhlükə qarşısında olduğunu göstərdi.
Bu müzakirələrdə bir daha dövlətin milli təhlükəsizlik strategiyasının əsas kompanentlərindən sayılan sosial psixoloji gücün önəmi aydın göründü. Sosial psixoloji güc toplumun milli dövlətçilik təsəvvürlərini, milli dəyərlərə münasibətini, milli maraq və hədəfləri necə qavramasını və kənar ideoloji təsirlərə qarşı müqavimət qabiliyyətini ehtiva edir.
Son günlərin olaylarına münasibətdə, bəlli oldu ki, milli dövlət alayışımızla, dini inancımız arasında təhlükəli ziddiyyət var. Yəni dini inancımızı bizə elə aşılayıblar ki, o daha çox başqa bir dövlətə simpatiya şəklində ifadə olunur. Bu yanaşma da inanclı kəsim arasında milli dövlət təəsübkeşliyini ciddi şəkildə zəiflədir, Azərbaycan vətəndaşlarını başqa bir dövlətin siyasətin simpatizanlarına çevirir. Nəticədə isə, milli dövlətçiliyimiz daxildən sarsılır, başqa bir dövlətin siyasi, ideoloji və hərbi təsirləri qarşısında müqavimət qabiliyyətini itirərək, milli maraqlarını qoruya bilməyəcək duruma düşür.
Aydın göründü ki, dövlətin korrupsiya yolu ilə vətəndaşların gözündən salınması, Rəsulzadə başda olmaqla, milli ideoloji fikir banilərinin irsinin unutdurularaq, əvəzində şəxsiyyətə pərəstiş üzərində qurulan avtoritar hakimiyət maraqlarının təbliğ olunması, ağır milli ideoloji fəsadlara səbəb olub.
Allahın dini Allaha məxsusdur, hər hansı dövlətə yox. Çox təəsüf ki, dini öz hakimiyyət maraqlarının qoruyucusuna çevirməyə çalışan iqtidarın hazırkı din siyasəti, başqa dövlətlərin qlobal dini hədəfləri və daha üstün görünən məqsədləri fonunda çox bayağı və məzmunsuz təsir bağışlayır. Bu səbəbdən də, biz kənar dini ideoloji təsirlər qarşısında uduzuruq və hər keçən gün milli təhlükəsizliyimizin təməlləri daha da sarsılır.
Bu ideoloji bataqlıqdan çıxış yolu, müsəlman dini kimliyimizi, öz milli dövlətçilik baxışlarımızla vəhdətdə qəbul etməkdən keçir. Biz fərqində olmalıyıq ki, xalq olaraq milli varlığımız, təhlükəsizliyimizi, iqtisadi rifahımız, öz iradəmizi ifadə etməyimiz milli dövlətimizə, onun atributlarına, milli maraqlarımıza bağlılığımızdan asılıdır. O halda, bu bağlılıq, həm də bizim müsəlman milli kimliyimizi qorumağımız, yaşamağımız üçün vacib şərtdir. Məsələn, Türkiyə, İran və ya Səudiyyəinin hər hansı bir vətəndaşı dini etiqadına görə Azərbaycan dövlətini özü üçün kumir hesab edirmi? Və ya İran vətəndaşları, Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanla əməkdaşlığın islam ümmətçiliyinə, müsəlman qardaşlığına zidd olduğuna görə, öz dövlətlərinə etiraz edirlərmii? Yox, bəs o halda biz nədən başqaları üçün belə əldən gedirik?
Biz də müsəlmanıq, o zaman bizim qanımızı tökən, torpaqlarımızı işğal edənlərə verilən dəstək ümçətçiliyə, islam həmrəyliyinə uyğundurmu?
Və ya mənimdə ittiham olunaraq həbs olunduğum Nardaran işinə görə, zülmə məruz qalan Hacı Talehin və əqidədaşlarının həbsinə, məruz qaldığı işkəncələrə cənub qonşumuzun susqun münasibəti nə ilə izah oluna bilər? Niyə bir dəfə darda olan, İmam Hüseyin məktəbinin davamçısı sayılan Hacı Talehə dəstək bildirilmədi? Düşündürücüdür, deyilmi?
Odur ki, bizdə nəhayət fərqində olmalıyıq ki, dünya milli dövlətlər arasında milli maraq və mənafelərin rəqabət meydanıdır. Hər bir xalq da öz milli maraq və iradəsini ifadə edən dövlətinə sahib çıxmalı, öz milli-dini kimliyini başqasından aslı olmadan özü yaşatmalıdır. Əks təqdirdə, dini duyğularımız və etiqadımız, başqa dövlətlərin əlində, imperial maraqlarını həyata keçirmə vasitəsi olacaq.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button