2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

DİN sözçüsü: Məhəmməd Kekalov məsuliyyətə cəlb edilib

İctimai fəal barədə ətraflı məlumat verilmir

“AbzasMedia”nın noyabrın 20-də evindən polislər tərəfindən aparılan və iki gün ərzində barəsində məlumat verilməyən əməkdaşı Məhəmməd Kekalov məsuliyyətə cəlb edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib.
Elşad Hacıyev hazırda Məhəmməd Kekalovun polis bölməsində olduğunu bildirib, müvafiq cinayət işi üzrə məsuliyyətə cəlb edildiyini söyləyib.

Saytların yığılması Saytlarin yigilmasi

DİN sözçüsü Kekalovun hansı polis bölməsində olması, hansı cinayət işi üzrə məsuliyyətə cəlb edilməsi barədə ətraflı cavab verməyib.

İctimai fəal Məhəmməd Kekalov noyabrın 20-də evindən mülki geyimli polis əməkdaşları tərəfindən aparılıb. Vəkili və ailəsi iki gün ərzində ondan məlumat ala bilməyib. Onun işgəncəyə məruz qaldığı ehtimal edilir.

Noyabrın 20-də “AbzasMedia”nın direktoru Ülvi Həsənli saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

Bir gün sonra, noyabrın 21-də isə “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı Azərbaycana qayıdarkən hava limanında saxlanılıb. Ona qarşı da eyni ittiham irəli sürülüb.
Hər ikisinin evində, həmçinin “AbzasMedia”nın ofisində axtarış aparılıb. Media qurumunun ofisindən 40 min avro tapıldığı iddia edilib.

Sevinc Vaqifqızı açıqlamasında bildirib ki, ofisdə 40 min avro olması mümkün deyil, oradan tapsalar, yalnız bir qazan dadlı yemək tapa bilərlər.

Ülvi Həsənli və Sevinc Vaqifqızı noyabrın 21-də Xətai rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs ediliblər. Onlar ölkəyə qanunsuz yolla pul gətirməkdə təqsirli bilinirlər.
Təqsirləri sübuta yetirilərsə, onları Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə səkkiz ilədək həbs cəzası gözləyir.

Hər ikisi bu ittihamı rədd edir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.
Beynəlxalq təşkilatlar da Azərbaycan hakimiyyətinə müraciət edərək, azad mediaya qarşı təzyiqi dayandırmasını istəyiblər. Baş verənləri mediaya qarşı “qisas” adlandırıblar.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button