2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Dişsiz bəyanatlar vermək yox, düşmənin dişini çıxarmaq gərəkdir

Ermənistan prezidenti Serj Sərkisyanın “canımı verərəm, Qarabağı vermərəm” bəyanatı günədəmin əsas mövzusuna çevrildi. 23 illik danışıqlar prosesindən sonra düşmən tərəfinin belə bir mövqe sərgiləməsi, müsbət sonluq gözələyən xalq üçün növbəti zərbə oldu.

Aydın oldu ki, danışıqlar prosesi yalanlar çoxluğundan ibarətdir və bu illər ərzində zərrə qədər irəliləyiş olmayıb. Deməli, hakimiyyət bu illər ərzində ağ yalanlar danışıb, Qarabağı unutdurmaq üçün vaxt öldürüb. Aprel döyüşləri zamanı hakimiyyətin sərgilədiyi qətiyyətsizlik də göstərdi ki, bunların Qarabağ boyda dərdi yoxdur. Əksinə, şəxsi maraqlar hakimiyyət üçün Qarabağdan çox böyükdür.

Aprel döyüşlərinin atəşkəslə yekunlaşmasından sonra ölkə başçısı bildirdi ki, müharibə qarşı tərəfin xahişi ilə dayandırılıb. O zaman belə bir arqumentin ortaya çıxması etirazla qarşılandı və işğalçının xahişinin yerinə yetirilməsinin absurd olduğu bildirildi. Sərkisyanın indiki bəyanatı isə onu göstərir ki, hökumət düşmənin zərrə qədər geri çəkilməyəcəyini bilə-bilə atəşkəsə imza atıb.

Saytların yığılması Saytlarin yigilmasi

Amma rüsvayçılıq bununla da yekunlaşmır. Sərkisyanın bu birmənalı bəyanatından sonra hökumətin səsi batıb. Nəhayət, ötən gün xəbər gəldi ki, XIN şillə kimi bəyanat yayıb.

Sevindik, düşündük ki, hökumət Sərkisyanın bu açıq çağırışına açıq hücumla cavab verib. Amma həmişəki kimi məyus olduq. Yenə də qeyri-müəyyən mövqe, ənənəvi yanaşma müşahidə etdik: “Ölkə daxilində və beynəlxalq səviyyədə nüfuzunu itirmiş Ermənistan rəhbərliyinin bu bəyanatı daxili auditoriyaya ünvanlanmış növbəti açıqlamalardan biridir. Bu bir daha onu göstərir ki, keçmişin əsiri olan Ermənistanın siyasi rəhbərliyi bu günün reallığını dərk etmir, hələ də keçən əsrin 80-ci illərinin sonuna xas ”səhra komandiri” təfəkkürü ilə düşünür. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının başlaması ilə “Marağa-150″ abidəsini də 1988-ci ildə ermənilər qəsdən məhv etdi. Bu məntiqlə yanaşsaq, ermənilər köç edərək bir neçə onilliklər ərzində yaşadıqları digər ölkələrə də ”tarixi erməni torpağıdır” deyə ərazi iddiaları irəli sürə bilərlər”- deyə XIN rəsmisi bildirib.

Bəli, Sərkisyan Qarabağı verməyəcəyini bildirir, XIN rəsmisi Marağa abidəsindən danışır. Azərbaycan xalqı Qarabağın Azərbaycana məxsus olduğunu, Ermənistanın işğalçı olduğunu bilir. Xalqa bunu sübut etmək yox, real addımları göstərmək lazımdır. Sərkisyan daxili auditoriyanı çaşdırırsa, Azərbaycan hökuməti də daxili auditoriyaya yalan vədlər verir. Faktiki olaraq 23 ildir 20 faiz ərazini işğal ediblər. Nə qədər ki, ərazi işğaldadı, Sərkisyanın vədi həqiqətdir. Amma Azərbaycan hakimiyyəti 23 ildir heç bir müsbət nəticəyə xidmət etməyən danışıq aparır və bunu uğur kimi təqdim edir. Deməli, Azərbaycan hakimiyyəti də daxili auditoriyanı çaşdırmaqla məşğuldur.

Sərkisyanın bu bəyanatından sonra XIN rəsmisi Ermənistan rəhbərliyini tənqid etmək əvəzinə, konkret hansı addımların atılacağını qeyd etməliydi. Dişsiz bəyanatlara yox, düşmənin dişinin çıxarılmasına ehtiyac var.

Qətiyyətli, qürurlu hökumət bu bəyanatdan sonra danışıqlardan imtina etməli, Ermənistan hakimiyyəti qarşısında konkret vaxt qoymalıydı. Azərbaycan işğala məruz qalmış ölkədir və öz torpaqlarını azad etmək hüququ var. Amma Azərbaycan hakimiyyəti monarxiya qurmaq, Konstitusiyaya təcavüz etmək haqqında düşünür. Biz haqlı olduğumuz halda, düşmən sinəsini qabağa verib.

Sərkisyanın bu bəyanatına üsyan edən deputatlar niyə göz dəymir, Müdafiə Nazirliyi bu bəyanata niyə adekvat cavab vermir. Ölkə başçısı niyə “lazım gəldi” bəyanatı verə bilmir. Daha neçə il Ermənistan hakimiyyəti 9 milyonun qüruru ilə oynamalıdır? Axı heç bir normal hökumət bu biabırçı mənzərəyə susqun qala bilməz. Belə çıxır ki, Qarabağın taleyi hökuməti qətiyyən narahat etmir. Hökumət qiymətləri qaldırıb, vətəndaşın cibinə girmək haqqında düşünür.

Başqa vaxt Avropanı, ABŞ-ı yıxıb-sürüyənlər, hərbi büdcəmizin Ermənistanın dövlət büdcəsindən çox olmasıyla öyünənlər qeybə çəkilib.

Bir halda ki, qətiyyətiniz yoxdur, bir halda ki, düşmən qarşısında şərt qoya bilmirsiz, o zaman kənara çəkilin. Sərkisyanın bəyanatı qarşısında duruş gətirə bilməyən hökumət, dövlət və xalq üçün daha böyük təhlükədir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button