2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Distant tədris formasına keçid planlaşdırılmır

 

Distant tədris formasına keçid planlaşdırılmır

Bakı/22.10.21 Hazırda Azərbaycanda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır. Bu barədə Səhiyyə və Təhsil nazirliklərinin birgə məlumatında deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla yanaşı, yoluxma halları baş verdikdə siniflərin, daha kütləvi yoluxma olduğu təqdirdə isə ayrı-ayrı məktəblərin distant təhsilə keçirilməsi prosesi davam etdiriləcək.

İlin əvvəlindən indiyədək 4432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən 505 sinif (0,6 faiz) distant formaya keçirilib. Bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib.

Hazırda 433 sinif distant formada tədrisə davam edir.

İndiyədək 1 595 108 şagirddən 3477-i (0,2 faiz), məktəblərdə çalışan 229 871 nəfərdən 2494-ü (1 faiz) COVID-19-a yoluxub.-03-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button