2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SosialXəbərlər

Dollar kreditlərinin həlli üçün Prezidentə müraciət edildi

Vətəndaşların xarici valyutada olan kreditlərlə bağlı çox ciddi problemləri var. Hazırda bu məsələlərlə bağlı məhkəmələrdə 200 minə yaxın iş var”.

Milli Məclisin iclasında deputat Vahid Əhmədov belə deyib. O, məsələnin həll edilməsi üçün prezident İlham Əliyevə müraciət edib:

“Son islahatlar vətəndaşların sosial vəziyyəti ilə bağlı müsbət addımlardır. Hazırda narahatedici məsələlərdən biri də dollar krediti ilə bağlıdır. Xahiş edərdik ki, ölkə başçısı bu məsələyə də baxsın”.

Saytların yığılması Saytlarin yigilmasi

O əlavə edib ki, xarici valyutada olan kreditlərlə bağlı həmkarı Əli Məsimli ilə birlikdə təkliflər hazırlaraq hökumətə təqdim edib:

“Yaxşı olardı ki, bu təkliflər nəzərə alınsın”.

Sözügedən təkliflərdə dollar ilə olan problemli kreditlərin dövlət, bank, Mərkəzi Bank və vətəndaşlar arasında bölüşdürülməsi nəzərdə tutulub.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button