2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Dönərin də qiyməti qalxacaq – Təzə bahalaşma başlayır

Xaricdən idxal olunan toyuq ətinə tətbiq olunan rüsumun artırılması bunu qaçılmaz edir

Nazirlər Kabineti ölkəyə gətirilən bəzi məhsullar üçün yeni və yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirib. Bu siyahıya ev toyuqları (toyuq əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər daxildir.

Sözügedən məhsulların 1 kiloqramına görə 1-3 dollar arasında, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. Meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0.7 dollardan az olmamaqla, gömrük idxal rüsumu alınacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir. İki il müddətində qüvvədədir.

Yeni qərar iqtisadiyyatın əksər sahələrinə təsir edəcək. Xüsusilə idxal olunan ərzaq məhsullarının qiymətində əhəmiyyətli dəyişiklik gözlənilir. Artıq bunun ilkin əlamətləri marketlərdə satılan ərzaq məhsullarının qiymətində hiss olunur.

Lakin bir məqamı da vurğulamaq yerinə düşər ki, bu qərar xüsusilə gənclər arasında populyar «fast food» olan dönərin qiymətinə də təsir edə bilər. Çünki daha çox tələb duyulan və əksər kafelərdə təqdim olunan toyuq dönəri məhz xaricdən idxal edilən toyuqlardan düzəldilir. Bu məhsulla isə əlavə gömrük rüsumunun tətbiqi dönərin qiymətinə təsirsiz ötüşməyəcək.

Bundan başqa restoranlarda əksər salatların hazırlanmasında məhz xaricdən gətirilən toyuqun filesindən istifadə olunur. Deməli restoran biznes idə bu qərardan ziyan çəkənlər sırasındadır.

Onu da vurğulamaq yerinə düşər ki, baş verənlər dönərin qiymət artımı onun  əsas istifadəçisi olan tələbərin maddi vəziyyətinə birbaşa zərbədir.

Azadliq Radiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button