2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Dostu Zamin Salayevin aclığı dayandırdığını deyir

“Əgər apelyasiya məhkəməsində işinə düzgün baxılmasa, bu dəfə birbaşa quru aclığa başlayacaq”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin sədri, həbsdə 114 gün aclıq edən Zamin (Əlizamin kimi tanınır) Salayevin iyunun 1-dən aclığı dayandırdığı bildirilir. Bu barədə Meydan TV-yə AXCP funksioneri, eyni zamanda, Zamin Salayevin dostu Ceyhun Novruzov məlumat verib.

O bildirib ki, Zamin Salayev özü telefon vasitəsilə aclığı dayandırdığını deyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Özü zəng etmişdi. Bildirdi ki, apelyasiya məhkəməsində işinə düzgün baxılacağını deyiblər. Lakin konkret kimin dediyini açıqlamadı”.

Ceyhun Novruzovun sözlərinə görə, Zamin Salayev əlavə edib ki, əgər apelyasiya məhkəməsində işinə düzgün baxılmasa, bu dəfə birbaşa quru aclığa başlayacaq.

Zamin Salayevin vəkili Nemət Kərimli Meydan TV-yə bildirib ki, iyunun 1-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində müvəkkili ilə görüşüb, yayılan məlumatı dəqiqləşdirəcək.

Zamin Salayevin 114 günlük aclıq nəticəsində təxminən 50 kiloqram çəki itirdiyi bildirilir. Ailə üzvlərinin sözlərinə görə, o, artıq gəzə bilmir, əlil arabasında hərəkət edir:

“Həkimlər də ona xəbərdarlıq ediblər ki, səni xilas edə bilməyəcəyik”.

Mayın 31-də bir qrup şair, yazar, ictimaiyyət nümayəndəsi Zamin Salayevin azadlığa buraxılması üçün Prezident İlham Əliyevə müraciət edib.

AXCP-nin fəal üzvlərindən olan Zamin Salayev fevralın 7-dən həbsdədir. O, Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunur.

Cinayət işinin materiallarında iddia olunur ki, AXCP fəalı “Lökbatan dairəsi” adlanan ərazidə Natiq Süleymanovu təhqir edib, yumruqla vurub, ardınca bıçaqla xəsarət yetirib.

Lakin məhkəmədə Zamin Salayev bildirib ki, bu ittiham yalan olmaqla, həbsi əvvəldən planlaşdırılmış təxribatdır. Onun sözlərinə görə, fevralın 6-da axşam saatlarında həmin ərazidə yaşadığı Salyan rayonuna qayıtmaq üçün taksiyə doğru gedərkən tanımadığı bir nəfərin söyüş söyə-söyə ona tərəf gəldiyini görüb. Bu zaman baş verənlərin təxribat olduğunu anlayıb və onu itələyib uzaqlaşmaq istəyəndə ətrafdan xeyli polis çıxıb və onu tutub aparıb.

O vurğulayıb ki, həmin ərazidə 8 təhlükəsizlik kamerası var. O kameraların heç birinin görüntülərinin çıxarılmaması və onların hamısının eyni vaxtda işləmədiyinin bəhanə gətirilməsi də bu hadisənin təxribat olduğunu sübut edir.

Zamin Salayev bundan öncə dəfələrlə polisə müqavimət və s. ittihamlarla inzibati qaydada həbs edilib. 2020-ci il aprelin 20-də isə Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. Həmin vaxt Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılmışdı.

Zamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Video yayılandan az sonra Zamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bildirmişdi. İnzibati həbsdən çıxandan az sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.

Ardınca da Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə bir neçə illik həbslə cəzalandırılıb. O, Həmzə Əzizovun ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə özü haqqında deyilənləri təkzib edib.

Zamin Salayev ötən yay Milli Məclisin binasına deputat Fəzail Ağamalı üçün yeşiklərdə gilas gətirməsiylə də gündəmə gəlmişdi. 

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button