2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Dövlət Neft Fondu 4.7 milyard dollar itirib

AXCP İqtisadiyyat Komissiyası sədri Nemət Əliyev

Dövlət Neft Fondunun Rusiyadakı aktivləri 40 faiz, avroda ifadə olunan aktivləri 30 faiz, Avstraliyadakı aktivləri 20 faiz, İngiltərədəki aktivləri 10 faiz azalıb. Türkiyə, Çin, Koreya, Yaponiya və digər ölkələrə yatırılan vəsaitlər də dəyər itkisinə məruz qalıb. Bu siyahı üzrə ümumi itkilər 4,7 milyard dollar səviyyəsində qiymətləndirilib. 4,7 milyardlıq azalma ilin ilk üç ayında əmələ gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu dövrdə yalnız qızıl və ABŞ dollarında ifadə olunan aktivlər öz dəyərini 2,8 milyard dollar artıra bilib ki, bu artım da ümumi itkiləri kompensasiya etmək gücündə olmayıb. Bununla belə yekun hesabda Neft Fondunun mal-mülkü 3 aya 2 milyard dollara yaxın azalıb. İtkilərin 74 faizi və ya 1,4 milyard dolları bazar və məzənnə dəyişkənliyi səbəblərindən aktivlərin dəyər itirməsi hesabına, 26 faizi və ya 500 milyon dollardan çoxu isə aktivlərin satılması hesabınadır (büdcə qarşısında öhdəliyi yerinə yetirmək üçün Neft Fondu aktivləri satmaq məcburiyyətində qalıb).

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button