2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

DSX Akademiyasının magistraturasını bitirən məzunların ikinci buraxılışı olub

Dövlət Sərhəd Xidməti Akademiyasının magistratura pilləsini bitirmiş məzunların ikinci buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə “Heydər Əliyev guşəsi” və “Dəmir yumruq” abidə kompleksini ziyarət edib, abidə önünə güllər düzüblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən və Döyüş Bayrağının gətirilməsindən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.

Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Əfqan Nağıyev məzunları Dövlət Sərhəd Xidməti Akademiyasında ilk dəfə 2020-ci ildə yaradılmış və hazırda ikinci buraxılışı olan magistratura təhsillərini müvəffəqiyyətlə başa vurmaları münasibəti ilə təbrik edərək təhsil müddətində qazandıqları bilik və bacarıqların ölkəmizin hüdudlarında dövləti maraqlarımızın müdafiəsi üzrə fəaliyyətlərinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, müqəddəs savaşda Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, Azərbaycan sərhədçilərinin igidlik dastanı yazdıqları, Ermənistan-Azərbaycan dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərindəki körpünün üstündə sərhəd-buraxılış məntəqəsinin qurulması, fəxarət rəmzimiz olan üç rəngli Dövlət Bayrağımızın qaldırılması ilə sərhədlərimizin bütövlüyünün təmin edilməsi xüsusi vurğulanıb.

Milli dövlətçiliyimizə, Azərbaycan Prezidentinə sadiqliyi ilə seçilən sərhədçilərin xidmətlərini Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin xüsusi qiymətləndirməsinin şəxsi heyəti yeni xidməti qələbələrə ruhlandırdığı qeyd edilib.

Məzunlar adından çıxış edən polkovnik-leytenant Azər Omarov Azərbaycan Sərhəd Mühafizəsinin magistr təhsilli zabitləri olmaları ilə fəxr etdiklərini, qalib ölkənin qürurlu sərhədçiləri olaraq üçrəngli Dövlət Bayrağımızın vüqarla dalğalandığı müqəddəs sərhədlərimizin keşiyində hər zaman şərəflə dayanacaqlarını ifadə edib və sərhədçi peşəsi­nin sirlərinə dərindən yiyələnməkdə əməyini əsirgəməyən professor və müəllim heyətinə dərin minnətdarlıqlarını bildirib.

Mərasim başa çatdıqdan sonra məzunlar ilə xatirə fotoşəkli çəkdirilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button