2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

DSX-nin əsgəri bıçaqlandı

Elçin Quliyev hadisə ilə əlaqədar Sumqayıt Təxirəsalınmaz təcili tibbi yardım xəstəxanasına gəlib

Dövlət Sərhəd Xidməti (DSX) hərbi hissəsinin 21 yaşlı əsgəri Ceyhun İsgəndərov üç bıçaq yarası alıb.

24saat.org DSX-nın mətbuat mərkəzinə istinadən xəbər verir ki, hadisə saat 15 radələrində baş verib. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə görüş müddətində əsgər C.İsgəndərovun valideynlərinin göndərişi üzrə onunla görüşə gəlməsi bəhanəsi ilə müraciət edən 1986-cı il təvəllüdlü Ağdam rayon sakini Hüseynov Camal Saleh oğlu özü ilə gətirdiyi bıcaqla qəfildən əsgərin döş və qarın nahiyəsinə 3 zərbə endirib.

Əsgərin həyatını xilas etmək üçün dərhal təxirəsalınmaz tədbirlər görülüb, yaralı Sumqayıt Təxirəsalınmaz təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Xəstəxananın və DSX hərbi hospitalının həkimləri tərəfindən əsgər C.İsgəndərov hazırda əməliyyat olunur, vəziyyəti ağırdır.

Saytların yığılması Saytlarin yigilmasi

Hadisə barədə əsgərin valideynlərinə məlumat verilib. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev hadisə ilə əlaqədar Sumqayıt Təxirəsalınmaz təcili tibbi yardım xəstəxanasına gəlib.

Sərhədçi əsgərə hücum edən C.Hüseynov saxlanılıb. Hadisə barədə hərbi prokururluq orqanlarına məlumat verilib.

Hazırda insidentlə əlaqədar müvafiq tədbirlər davam etdirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button