Xəbərlər

Dünənki yol qəzasında yaralanan beş nəfər reanimasiyadadır

Bakı/14.10.21  Dünən Bakı-aeroport yolunda baş vermiş ağır yol qəzası zamanı xəsarət alanlardan beş nəfəri reanimasiyadadır. Xəsarət alan daha səkkiz nəfər şəhərin müxtəlif xəstəxanalarında yerləşdirilib.

Xatırladaq ki, oktyabrın 13-də səhər aeroporta gedən yolda yük maşını sərnişin avtobusuna çırpılıb.

Nəticədə 5 nəfər hadisə yerində həlak olub, 25 nəfər xəsarət alıb.

8 zərərçəkənə yerində yardım edilib, daha 17 yaralı xəstəxana aparılıb. Tibbi yardım göstəriləndən sonra buraxılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıq üzündən iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Yük maşınının sürücüsü Əzizov həbs edilib.-05D06-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button