Dünya

Dünya əhalisi 8 milyardı keçdi

2080-ci illərdə planetin əhalisi pik nöqtəsinə – 10 milyard 400 milyon nəfərə çatmalıdır

Yür kürəsinin əhalisi 8 milyard nəfərə çatıb. Bu barədə məlumatı BMT-nin mətbuat xidməti yayıb.

Planet əhalisinin bu saya çatacağına dair məlumartı BMT hələ iyulun 11-də Dünya Əhali Günündə elan etmişdi.

O vaxt Dünya Əhalisinin Prospekti 2022 (World Population Prospect 2022) adlı hesabat dərc olunmuşdu.

Hesabatda deyilirdi ki, noyabrın 15-də planetin əhalisi 8 milyard nəfəri keçəcək.

Qlobal əhalinin artması səhiyyənin inkişafı, sanitariya sahəsində əldə olunmuş uğurlar, içməli suya çıxışın yaxşılaşması və genişmiqyaslı vaksinasiya kampaniyaları ilə bağlıdır.

Hindistan Çini geridə qoyacaq

Son 200 ildə dünyanın əhalisi 8 dəfə artıb. 1900-cı illərin əvvəllərində planetdə cəmi 1.5 milyard adam vardı.

2000-ci illərdə əhali artıq 6 milyard nəfərə çatmışdı. 2011-ci ildə bu rəqəm 7 milyard idi.

Beləliklə, son 11 ildə əhalinin sayı daha 1 milyard nəfər artıb.

BMT-nin təxminlərinə görə Yerin əhalisi 9 milyard rəqəminə 2037-ci ildə, 10 milyard rəqəminə isə 2058-ci ildə çatacaq.

Pik nöqtəsi

2080-ci illərdə planetin əhalisi pik nöqtəsinə – 10 milyard 400 milyon nəfərə çatmalıdır.

Dünya əhalsinin böyük bir qismi Çin və Hindistanın payına düşür.

BMT-nin qiymətləndirməsinə görə bu ölkələrdə planet əhalisinin 36 faizi və ya 3 milyard nəfəri yaşayır.

Proqnozlara görə Hindistan 2023-cü ildə Çini geridə qoyaraq dünyanın ən sıx əhalili ölkəsinə çevriləcək.

Əhalinin azaldığı yerlər

Bununla belə BMT-nin məlumatında deyilir ki, dünya əhalisinin artım sürəti azalır.

Proqnozlara görə 2050-ci ildək 60-dan çox ölkədə əhali ən azı 1 faiz azalacaq.

Buna səbəb həmin ölkələrdə təbii artımın azalması, bir sıra hallarda isə miqrasiyanın yüksək faizidir.

İlhaq olunmuş Krım da daxil Rusiyanın əhalisi 2022-ci ilin 1 yanvarında 145.5 milyon nəfər idi.

24 saat” “
Dünya əhalisi 8 milyardı keçdi
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Cim Kerriyə sanksiya qərarı! Onun Rusiyaya girişi də qadağan edilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button