2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Dünya Bankı: “İslahatlara ehtiyac var”

Mayın 24-də Bakıda Dünya Bankının “Azərbaycanda maliyyə potensialının və inkluzivliyinin gücləndirilməsi hesabatı” təqdim olunub.

Sənəddə deyilir ki, ölkədə maliyyə sektorunun inkişafı və bu sahədə savadlılığının artırılması sahəsində görülən işlər maliyyə inkluzivliyi göstəricilərinin yaxşılaşması ilə nəticələnib. Lakin, hesabatda qeyd edilir ki, bir çox ölkələrlə müqayisədə bu göstəricilər əhəmiyyətli dərəcədə aşağıdır

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanın yeri

Sənəddə deyilir: “Azərbaycan maliyyə inkluzivliyi (bank hesabı olan şəxslərin sayı) və maliyyə infrastrukturu baxımından yüksək orta gəlirli ölkələrin orta səviyyəsindən geridədir. Azərbaycanda yetkin əhalinin yalnız 36,4 faizi bank hesabına malikdir. Halbuki, Gürcüstanda bu göstərici 39,7, Qazaxıstanda – 53,9, Türkiyədə – 56,6, Rumıniyada – 60,8, Serbiyada – 83 faizi təşkil edir.”

DB-nin Azərbaycan üzrə meneceri Larisa Leşçenko deyib:

“Maliyyə xidmətlərinin daha da əlçatanlığı üçün bu xidmətlərin, xüsusilə baza maliyyə məhsullarının məsrəfləri bankların effektivliyinin artırılması, maliyyə sektorunda şəffaflığın və rəqabətin gücləndirilməsi ilə azaldılmalıdır ”

Maliyyə potensialının zəif olması

Hesabatda qeyd edilir ki, maliyyə əlyetərliyi və inkluzivliyi bir sıra amillərdən asılıdır. Söhbət gəlir səviyyəsi, məşğulluq vəziyyəti və ev təsərrüfatlarının ölçüsündən gedir. Potensialın zəif olması və baza maliyyə xidmətlərinin yüksək məsrəfləri bu xidmətlərinin istifadəsi üçün maneələrdən biri kimi nəzərə çarpır.

Avropanın ən kiçik bank şəbəkəsi

Sənəddə sonra da oxuyuruq: “Azərbaycanda bank şəbəkəsi (hər 1000 yetkin şəxsə düşən bank şöbələrinin sayına görə) Avropada ən kiçiklərdən biridir. Müasir maliyyə xidmətlərinin göstərilməsi (o cümlədən, filialsız banklar, rəqəmsal maliyyə) isə yetərli səviyyədə inkişaf etməyib. Kredit infrastrukturu (kredit büroları, təminatlı transaksiyalar çərçivəsi) formalaşma mərhələsindədir”.

DB hesab edir ki, 1600 filialdan artıq şəbəkəsi olan “Azərpoçt” ölkədə maliyyə inkluzivliyi və əlyetərliyinin artırılmasına əhəmiyyətli dərəcədə töhfə verə bilər.

Hesabatın 4620 yetkin şəxs arasında keçirilmiş sorğu nəticəsində hazırlandığı bildirilir. Onun sifarişçisi Azərbaycan Mərkəzi Bankıdır. Sənəd İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyələşdirdiyiİstehlakçıların Müdafiəsi və Maliyyə Savadlılığı texniki yardım layihəsi çərçivəsində ərsəyə gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button