2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Dünya Ukraynadakı vəhşilikləri pisləyir. Rusiya deyir, provokasiyadır

Yaponiya və Yeni Zelandiyanın baş nazirləri də beynəlxalq ictimaiyyətə qoşularaq Ukraynada Rusiya qüvvələrinin dinc sakinlərə qarşı törətdiyi bildirilən vəhşilikləri pisləyir.

“Rusiyalı əsgərlərin Ukraynada dinc sakinləri öldürməsi, zorlaması, ağır yaralaması haqda məlumatlar təkcə qınanmamalıdır. Rusiya elədiklərinə görə dünyaya cavab verməlidir”, – Yeni Zelandiyanın Baş naziri Casinda Ardern aprelin 4-də jurnalistlərə deyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Beynəlxalq hüququn pozulması”

O, hökumətinin Rusiya işğalına qarşı mübarizə aparan Ukraynaya əlavə dəstək addımlarını müzakirə edəcəyini söyləyib.

Yaponiyanın Baş naziri Fumio Kişida baş verənləri “beynəlxalq hüququn pozulması” adlandırıb.

Rusiya qüvvələri Kiyevin ətrafındakı Buça qəsəbəsindən çəkiləndən sonra güllələnən, kütləvi məzarlıqlarda basdırılan, küçələrə səpələnmiş dinc sakin meyitləri haqda məlumatlar yayılıb.

Əlləri bağlı şəkildə edam olunmuş meyit fotoları çoxlarını sarsıdıb, Rusiyaya qarşı sanksiyaları gücləndirmək, cinayətkarları mühakimə etmək çağırışları səslənib.

Rusiyanın reaksiyası

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə aprelin 3-də dövlət televiziyasına müsahibəsində iddiaları “provokasiya” adlandırıb. O, dəlil gətirmədən deyib ki, ABŞ və NATO Rusiyanı gözdən salmaq üçün fotoları “sifariş ediblər”.

Rusiyanın Müdafiə Nazirliyi isə daha öncə iddia edirdi ki, Buçadan fotolar “Kiyev rejiminin daha bir səhnələşdirilmiş perfomansı”dır.

Moskva BMT-nin Təhlükəsizlik Şurasından aprelin 4-də yığışaraq Buçada “ukraynalı radikalların provokasiyası”nı müzakirə etməyə çağırıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə aprelin 3-də Rusiya qüvvələrini şəhərdə “soyqırım” törətməkdə ittiham edib, Kremlin liderlərini Buçaya gedərək ordunun törətdiklərini görməli olduğunu deyib.

“Rusiya Federasiyası liderlərinin əmrlərinin necə icra olunduğunu görməsini istəyirəm”, – deyən Zelenski vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin və Rusiya ordusu əsgərlərin Ukraynadakı hərəkətləri üçün məsuliyyətə cəlb edilməlidirlər.

Azı 410 meyit

AzadlıqRadiosu-nun Ukrayna xidmətinin müxbiri aprelin 2-də Buça küçələrində dinc sakinlərə aid olduğu görünən meyitlər görüb. Bir yerdə isə müxbir küçədə 10-dək meyit olduğunu deyir.

“AP” jurnalistləri Buça ətrafında azı 21 meyit görüblər. Mülki geyimdə olan 9 nəfərin meyitləri Rusiya əsgərlərinin baza kimi istifadə etdiyi yer yaxınlığında aşkarlanıb. Onlar yaxın məsafədən vurulublar.

Ukrayna hakimiyyəti ötən həftəyədək Rusiya qüvvələrinin nəzarətində olan Kiyev ətrafından azı 410 dinc sakinin meyitlərinin tapıldığını bildirir.

24 saat” “
Dünya Ukraynadakı vəhşilikləri pisləyir. Rusiya deyir, provokasiyadır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button