Bizim tərcümə

Dünyanın gözlədiyi xəbər gəldi… Əvvəlcə tac, indi də xərçəng peyvəndi!

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-14 15:07:02

2019-cu ilin son günlərində Çinin Uhan şəhərində ortaya çıxan koronavirus qısa zamanda qlobal pandemiyaya çevrilərək 6,5 milyondan çox insanın həyatına son qoyub.

Dünya korona vaksinlərinin köməyi ilə pandemiyanı geridə qoymağa hazırlaşarkən ABŞ-dan sevindirici xəbər gəldi.

Saytların yığılması Saytlarin yigilmasi

Korona peyvəndi də istehsal edən Moderna, xərçəng peyvəndi üçün çox gözlənilən nəticələrini dərc etdi.

ABŞ-da yerləşən şirkətin verdiyi açıqlama tezliklə elm aləmində bir nömrəli gündəm mövzusuna çevrildi.

New York Post qəzetində yer alan xəbərə görə, şirkət peyvəndin dəri xərçənginə səbəb olan melanomaya qarşı təsirli nəticələr ortaya qoyduğunu açıqlayıb.

Merck tərəfindən hazırlanan Keytruda adlı dərman peyvəndlə birlikdə istifadə edilərsə, ölümcül dəri xərçəngində ölüm və ya xəstəliyin təkrarlanma riskində azalma olduğu açıqlanıb.

Eyni şərhdə, yalnız Keytruda istifadə vəziyyətinə nisbətən riskin yüzdə 44 azaldığı ifadə edildi.

Fərdi peyvəndlər istehsal edən şirkət ilk növbədə xəstədən şiş və sağlam toxuma nümunələri götürür. Daha sonra komanda xəstəyə xas xərçəng peyvəndi yaratmaq üçün gen ardıcıllığını, mutasiyaya uğrayan zülalları və digər məlumatları təhlil edir.

YAN TƏSİR RİSKİ DA İZAH EDİLİR

157 dəri xərçəngi xəstəsini üçüncü və dördüncü mərhələdə araşdıran alimlər yan təsir riskini 14,4% olaraq təyin ediblər.

Moderna adından açıqlamalar verən şirkətin tibbi inkişaflar üzrə vitse-prezidenti Paul Burton, “Tədqiqat nəticələri xərçəngin müalicəsində yeni bir perspektiv təmin edəcək” dedi.

Şahin cütü görüşdü

Moderna bu sahədə çalışan yeganə şirkət deyil. İstehsal etdikləri koronavirus peyvəndi ilə milyonlarla insanın həyatını xilas edən Prof. Dr. Uğur Şahin və Prof. Dr. Özlem Türeci də xərçəng peyvəndi üçün çox çalışır.

Türkiyəli alimlər mRNT əsaslı xərçəng peyvəndlərinin 2030-cu ildən əvvəl hazır ola biləcəyini bildiriblər.

BioNTech pandemiya başlamazdan əvvəl MRNA əsaslı Xərçəng vaksinləri üzərində işləyirdi. Bununla belə, şirkət qlobal fövqəladə vəziyyət qarşısında COVID-19 peyvəndi istehsal etmək üçün hərəkətə keçdi.

BioNTech-də hazırda klinik sınaqlarda olan bir çox xərçəng peyvəndi var. Türeci, Pfizer/BioNTech peyvəndinin müvəffəqiyyətinin ‘xərçəng araşdırmalarını sürətləndirdiyini’ ifadə etdi.

Türeci, BioNTech-in pandemiya zamanı mRNT peyvəndlərini daha sürətli istehsal etməyi öyrəndiyini və insanların immun sistemlərinin mRNT-yə necə reaksiya verdiyini daha yaxşı başa düşdüyünü söylədi.

İkilinin fikrincə, xərçəngə qarşı peyvəndlərin qarşısında ən böyük maneə, şişləri meydana gətirən xərçəng hüceyrələrinin müxtəlif zülallara malik olmasıdır. Bu, xərçəng hüceyrələrini hədəf alan və sağlam toxumaları qoruyan Peyvəndin hazırlanmasını çox çətinləşdirir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button